Masaüstü kompüterlərin satışı düşür

Son 5 ildə ilk dəfə olaraq stolüstü kompüterlərin satışı bayram ərəfəsində düşdü. Hətta, şirkətin tarixində vacib bir hadisə kimi qeyd etdiyi Microsoft’un Windows 8 əməliyyat sistemi də kömək edə bilməyib.Ənənəvi olaraq dünyaca məşhur software şirkətinin yeni əməliyyat sisteminin çıxışı istifadəçlərdə personal kompüterlərə marağın artacağını güman etməyə bir səbəb idi. Amma bu dəfə belə olmadı. Bu zaman smartfon və planşetlərə olan tələb sürətlə artırdı.

2012-ci ilin 4-cü rübündə 89,8 milyon masa-üstü kompüter satılıb. Bu göstərici 2011-ci ilin bayram öncəsi rübü ilə müqayisədə 6,4% aşağıdır. IDC analitik agentliyinin məlumatları bucürdür. 2011-ci ildə 364 milyon kompüter satılmşdır. 2012-ci ildə isə bu göstərici 3,2% aşağı düşmüşdür və 352 milyon kompüter satışı olmuşdur.

ABŞ bazarında isə satışların aşağı düşmə faizi 2011-ci ilin dördüncü rübü ilə müqayisədə 4,5% təşkil etmişdir. Ümumi olaraq masaüstü komptür satışını 2011 və 2012-ci illərə görə müqayisə etsək, son il Birləşmiş Ştatlarda 2011-ci ilə nisbətən 7% daha az kompüter satılmışdır.

IDC ekspertlərinin fikrincə kompüter sahəsinin indiki durumunun səbəbi, istifadəçilərin və topdançıların  üzlərini mobil cihazlar istiqamətinə çevirmələridir.