Maraqla gözlənilən Fresh Paint artıq Windows Phone 8-də

2012-ci ildə Microsoft mühəndislərinin təcrübələrinin nəticəsində yaranan “Fresh Paint”-i artıq ağıllı telefoununuzda istifadə edə biləcəksiniz.

Millenium seriyasından bəri bizimlə olan, Microsoftun ənənəvi funksiyalarından olan Paint tətbiqetməsi ötən il Windows 8 ilə birlikdə yenilənmişdi. Microsoftun öz rəsmi saytında elanını verdiyi Fresh Paint təkmilləşdirilmş halı ilə artıq ağıllı telefon və tablet modellərində istifadə oluna biləcək.

Şəkil düzəltmə tətbiqetməsindən daha çox xüsusiyyətə sahib olan Fresh Paint dərhal şəkil düzəltmək, şəklin üstündə qeydlər yaza bilmək, müxtəlf şəkillərdən detallar götürmək, şəkilləri avtomatik olaraq tabloya çevirmək və hazırladığınız şəkli qısa müddətdə göndərməyinizi təmin edir.

Paint Fresh-i aşağıdakı keçiddən yükləyə bilərsiniz.

Burdayan yükləyə bilərsiniz