Məşhur McAfee antivirusunun yaradıcısı həbs olunub

Qonşusunun ölüm hadisəsində şübhəli şəxs kimi bilinən McAfee virusunun yaradıcısı bir neçə həftə qaçaq düşmüşdü. Qeyri rəsmi mənbələrə görə, milyoner Con Makafi Meksika və Beliz dövlətlərinin sərhəddini keçərkən yaxalanıb.

Qonşusu olan Qreqori Follun ölüm hadisəsi ilə əlaqədar dindirilməyə çağırılması ilə əlaqədar McAfee axtarışa verilmişdir. McAfee-nin qaçış barədə dedikləri isə belə olmuşdur ki, hökumət qonşusunun ölümünü onun üzərinə yıxmağa çalışır, buna görə də o istintaqa getməkdən boyun qaçırırdı.

Xatırladaq ki, Con Makafi McAfee şirkətini ABŞ-da 1989-cu ildə quraraq, şirkəti iri antivirus yazan şirkətlərdən birinə çevirə bilmişdi. Lakin, daha sonra işlərin çətin getməsi ilə əlaqədar olaraq şirkəti İntel-ə satmalı olmuşdu. Şirkəti satdıqdan sonra onun var-dövləti 100 milyon dollardan 4 milyon dollara qədər azalmışdı.

Hal-hazırda isə Makafi Beliz dövlətində dərman istehsal edən şirkəti idarə etməkdədir.