Mac və Windows Sistemləri Arasındakı Fərq

Apple istifadəçiləri çox vaxt şikayət edirlər ki, Microsoft Office paketi Apple-ın Retina tipli ekranları üçün yararsızdır. İlk əvvəllər hər kəs tərəfindən ən çox istifadə olunan kompyuter sistemləri Windows olduğuna görə, elə o vaxtdan bir çox proqramlar məhz windows üçün yazılırdı. İndiki zamanda isə elə bir proqram yoxdur ki, onun Mac sistemi üçün versiyası olmasın.

Bildiyiniz kimi, bu yaxınlarda Windows 8 platforması işıq üzü görəcək. Buna görə də, Windows 8 yoxsa Mac seçməyinizə kömək üçün bu iki sistem arasında 9 fərqi nəzərinizə çatdırıram. Qərar isə sizin özünüzdən asılıdır.

1-ci fərq: Apple öz dizaynı ilə fəxr edir.

Apple şirkəti öz məhsullarının görünüşü üçün kifayət qədər vaxt xərcləyir. Cihazların görünüşü ilə yanaşı hətta proqramları da hazırlayarkən gözəl olması üçün şirkət əlindən gələni edir.

2-ci fərq: Windows proqramlarını əldə etmək daha asandır.

Baxmayaraq ki artıq bir çox proqramların Mac versiyası da hazırlanıb, hələ də elə proqramlar var ki onlar Windowsda var, amma Mac üçün yoxdur. Məsələn, Microsoft Office və AutoCAD proqramlarının Windows versiyaları daha güclüdür.

3-cü fərq: Mac kompyuterleri daha bahalıdır.

Mac daha çox varlı əhali üçün nəzərdə tutulduğuna görə, qiyməti də özünə uyğundur. Yerli qiymətlərlə desək, eyni parametrli Apple və digər istehsalçıya aid kompüterlər arasında ən azı 500-600 azn fərq var.

4-cü fərq: Windows əməliyyat sistemi oyunlar üçün daha yaxşıdır.

Öz oyun ehtiyyaclarını ödəmək üçün Windows sistemində olan kompyuterləri alanlar rahat kompyuterin göstəriciləri yeni cihazlar alaraq artıra bilirlər. Həm ucuz olur, həm də mümkün. Mac sistemində isə bu yığdırmaya görə əməlli başlı xərc tələb olunur.

5-ci fərq: Mac sistemi ilə siz yaxşı müştəri xidmətləri əldə edirsiz.

Kiminsə Mac kompüteri xarab olubsa, o ən yaxın Apple mağazasına müraciət edir və əgər problem bir dəfəlik ziyarətlə həll olunursa, bu zaman xidmət pulsuz göstərilir. Microsoftda da eyni cür xidmət mövcuddur, lakin microsoft mağazalarını tapmaq demək olar ki mümkünsüzdür.

6-ci fərq: Hər iki əməliyyat sistemi fərqli olsada, ikisi də rahatdır.

Microsoft şirkəti adətən hər yerdə şayə yayır ki Mac sistemi çox qarmaşıq və çətindir, adam üçün narahatdır. Amma əvvəl Windows sistemini istifadə edib sonra Mac-a keçənlər ilk vaxtlar yeni sistemdən narahatçılıq hiss etsələr də, sonra əslində Mac-ın da rahat sistem olduğunu görürlər.

7-ci fərq: Mac-da demək olar ki virusa tutulmaq təhlükəsi yoxdur.

Bir çox illərdir ki, bazarda əsasən Windows sistemləri istifadə olunduğundan, Mac tipli sistem üçün xakerlərə virus yazıb satmaq sərf etmirdi. Ona görə də, Mac istifadəçilərinin bəxti gətirib. Mac istifadəçiləri antivirus yükləməsələr də olar, ancaq Windows istifadəçiləri ilə daima hansısa antivirusla qorunsalar yaxşıdır.

8-ci fərq: Windows tipli sistemlər üçün bir çox istehsalçı var.

Apple Mac sistemli kompyuterlər üçün həm proqram təminatını özü yazır, həm də avadanlıqları özü istehsal edir. Windows tipli sistem üçün isə, HP, DELL və s. şirkətlər bir çox məhsullar istehsal edirlər. Beləliklə, kompyuter almaq istəyən şəxs həm qiymətə, həm də parametrlərə görə özünə uyğun bir kompüter ala bilir.

9-cu fərq: Mac-da Windows istifadə etmək olur.

Hər bir Mac kompyuterində BOOT CAMP adlı proqram var. Bu proqram vasitəsi ilə Mac kompüterlərində Windows əməliyyat sistemini də parallel olaraq istifadə etmək olar. Hətta kompüteri söndürüb Windows sisteminə keçməyə ehtiyac yoxdur. Eyni anda hər iki sistemi istifadə etmək olur.