“YouTube”da efir telekanallarına baxmaq mümkün olacaq

“YouTube” istifadəçiləri tezliklə otuzdan çox telekanala birbaşa efirdə baxa biləcəklər. “Google” şirkətinə məxsus servisin baş direktoru Syuzan Voyjiski xidmətin pullu olacağını və abunə ilə təqdim ediləcəyini bildirib. “ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, real vaxt rejimində ABŞ-ın “ABC”, “CBS”, “NBC” və “Fox”, eləcə də idman kanalları daxil olmaqla 30 kabel televiziyası kanallarına

“Meizu” şirkəti 20 dəqiqə ərzində smartfonu enerji ilə doldurmağa imkan verən texnologiya təqdim edib

Çinin “Meizu” şirkəti tərəfindən Barselonada keçirilən “MWC 2017” sərgisi çərçivəsində nümayiş etdirilən “Super mCharge” texnologiyası 20 dəqiqə ərzində smartfonun batareyasını 0-dan 100%-dək enerji ilə doldurmağa imkan verir və bu göstərici üzrə başqa istehsalçıların müvafiq texnologiyalarını geridə qoyur. “ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, şirkətin saytında deyilir ki, “Super mCharge” enerjidoldurma qurğusunun səmərəliliyi

Ötən ilin ən yaxşı smartfonu məlum olub

“Samsung Galaxy S7 Edge” smartfonu 2016-cı ilin mobil qurğuları kateqoriyasında ən yaxşı qurğu seçilib. Belə ki, “Samsung Galaxy S7” “MWC” konfransı çərçivəsində “2016-cı ilin ən yaxşı smartfonu” nominasiyasında birinci yerə çıxaraq “Global Mobile Awards 2017” mükafatına layiq görülüb. “Ən yaxşı smartfon” adı uğrunda beş qurğu – “iPhone 7 Plus”, “Galaxy S7”, “Google Pixel XL”, “Huawei

Növbəti nəsil “iPhone” smartfonunda “Lightning” konnektoru ləğv ediləcək

Bükük formalı “OLED” ekranla təchiz ediləcək yeni “iPhone” smartfonunda “Lightning” konnektoru ləğv ediləcək. “Apple” şirkəti öz smartfonunu “USB-C” portu ilə təchiz edəcək. “ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mənbənin məlumatına görə, istehsalçılar “iPhone 7” və “iPhone 7 Plus” kimi modellərdə istifadə olunan “Lightning” konnektorundan imtina edəcəklər. Yeni smartfon bir çox başqa qurğular

“Raspberry Pi Zero” kompüteri “Wi-Fi” və “Bluetooth” şəbəkələrini dəstəkləyəcək

“Raspberry Pi Foundation” qeyri-kommersiya təşkilatı beşilliyi münasibətilə birplatalı “Zero” kompüterinin yenilənmiş “Zero W” modelini nümayiş etdirərək “Wi-Fi” və “Bluetooth” şəbəkələrinə qoşulmaq imkanı yaradıb. Qurğunun qiymətinin 5 dollardan 10 dollaradək artmasına baxmayaraq istifadəçilərin əlavə adapter almasına ehtiyac qalmayacaq. “ICTnews” Elektron Xəbər Xidməti “www.therunet.com” resursuna istinadən yazır ki, 2015-ci ildə buraxılan “Raspberry Pi Zero W” internet şəbəkəsinə

“ASAN Viza” portalının təqdimat mərasimi keçirilib

16 dekabr 2016-cı il tarixində “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib. Azərbaycanın bir sıra dövlət qurumlarının rəsmiləri, Bakıda yerləşən diplomatik korpus nümayəndələri, ölkənin böyük turizm şirkətlərinin rəhbərləri, ekspertlər, yerli və beynəlxalq media təmsilçilərinin iştirak etdiyi tədbiri Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov giriş sözü ilə açıb.

Səyyar ASAN xidmət Samuxda

Səyyar ASAN xidmət 13 – 27 dekabr tarixlərində Samux şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Bundan başqa, Səyyar ASAN xidmət avtobusları 14 noyabr – 13 dekabr Astarada, 29 noyabr – 28 dekabr Qubada, 2 – 16 dekabr Saatlıda, 5 – 19 dekabr Siyəzəndə, 5 – 24 dekabr Tovuzda, 5 – 14 dekabr Qaradağ rayonunun Ələt

Səyyar ASAN xidmət vətəndaşların xidmətində

Səyyar ASAN xidmət 12-15 dekabr tarixində Cəlilabad rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Belə ki, Cəlilabad rayonunun Uzuntəpə qəsəbəsi, həmçinin Muğan, Söyüdlü və Maşlıq kəndlərinin sakinlərinə “Azərişıq” ASC tərəfindən istehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi xidməti həyata keçirləcəkdir. Bundan başqa, Səyyar ASAN xidmət avtobusları 14 noyabr – 13 dekabr Astarada, 29 noyabr