San Marino – Azərbaycan oyunu hansı kanalda canlı yayımlanacaq?

2018-ci il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu səfərdə San Marinoya qarşı keçirəcək. Qarşılaşmanı canlı yayımlayacaq kanal müəyyənləşib. Millimizin seçmə mərhələdəki ilk görüşü “İctimai” kanalından azarkeşlərə canlı təqdim olunacaq. Qeyd edək ki, San Marino – Azərbaycan matçı sentyabrın 4-ü, saat 20:00-da keçiriləcək.

42-ci Şahmat Olimpiadası möhtəşəm açılış mərasimiylə Bakıda start götürdü!

Milli Gimnastika Arenasında Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi olub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Mərasim Azərbaycan Respublikasının və Ümumdünya Şahmat Federasiyasının himnlərinin səslənməsi ilə başlanıb. Ardınca

“Azerfon” yeni baş icraçı direktor təyin etdi!

“Azerfon” MMC-nin baş icraçı direktoru vəzifəsində dörd il müddətində çalışmış Kent Maknili yeni karyera imkanları ilə əlaqədar 31 avqust 2016-cı il tarixindən etibarən şirkətdən ayrılmaq qərarına gəlib. Kent Maknilinin şirkətə rəhbərlik etdiyi dövr ərzində “Azerfon” (“Nar”) həm gəlir, həm də abunəçi sayındakı artım nöqteyi-nəzərdən Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru olmuşdur. Şirkət həmçinin məmnuniyyətlə

Səyyar ASAN xidmət 5 məntəqədə vətəndaşların xidmətində

Səyyar ASAN xidmət 1 – 30 sentyabr Şəmkir, Biləsuvar, Xaçmaz şəhərlərində, 1 – 15 sentyabr Hacıqabul şəhərində və Mehdiabad qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir: Notariat

7 dollara smartfon!

Dayanmadan böyüyən ağıllı telefon bazarının baha qiymətə olan modelləri artmaqda davam etdiyi kimi aşağı məbləğə olan modellərinə də artıq rast gəlinir. Samsung, Micromax və Xiaom şirkətlərinin aşağı büdcəli telefon modelləri istehsalından sonra bu dəfə Hindistan şirkəti ChampOne 7 dollarlıq Android əməliyyat sistemli telefon istehsalı edəcək. 5 düymlük HD ekrana malik olacaq smartfon 8 Meqapiksel arxa kamera

Twitter-da pul qazanın!

Artıq Twitter-da pul qazanmaq mümkün olacaq. Belə ki, Twitter öz platformasında video yayım etməklə istifadəçilərə pul qazandıran yenilik tətbiq edib. İstifadəçilərin reklamlar vasitəsiylə pul qazanma seçimlərini artırmaq hədəfində olan bu yenilik, sosial şəbəkə aləminə yeni nəfəs gətirməsi gözlənilir. Müxtəlif kateqoriyalı videoların baxış sayı, retweet və favorit statistikasına uyğun olaraq videoları paylaşan istifadəçilər gəlir əldə edəcək.

Qurban bayramında ardıcıl 4 gün iş olmayacaq

Bu il Qurban bayramı sentyabrın 12 və 13-də qeyd olunacaq. Bu, Nazirlər Kabinetinin “2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarında əksini tapıb. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir. Sentyabrın 12-i birinci, 13-ü isə ikinci günə təsadüf etdiyindən, ardıcıl 4 gün – sentyabrın 10-u (şənbə), 11-i (bazar), 12-si və 13-ü iş olmayacaq.

Futbolda videotəkrarlarla bağlı yenilik

FİFA prezidenti Canni İnfantino müasir futbolda videotəkrarların istifadəsindən danışıb. “Blick” nəşrinə açıqlama verən ali futbol qurumunun rəhbəri iki il ərzində bu sistemin tam reallaşdırılacağına ümid etdiyini deyib. O, fikirlərini belə əsaslandırıb: “Biz artıq 1904-cü ildə yaşamırıq. Mümkün qədər səhv qərarları aradan qaldırmaq üçün çalışmalıyıq. Ümid edirəm ki, 2018-ci il dünya çempionatına qədər videotəkrar sistemi tam