Lyft sürücüsüz taksi

Lyft sürücüsüz taksilərini işə salır

Lyft şirkəti sürücüsüz avtomobil şöbəsini yaratdığını elan etdi. İlk sürücüsüz Lyft taksilərinin ilin sonunda Boston küçələrində görünəcəyi planlaşdırılır.

Lyft şirkətinin rəsmisi David Vincent tərəfindən verilən müsahibədə qeyd olunur ki, sürücüsüz avtomobillər heç də onların Lyft sürücülərini əvəzləmir. Sürücüsüz avtomobillərin öhdəsindən gələ bilməyəcəyi sifarişlər zamanı ənənəvi olaraq yenə sürücülərin köməyinə müraciət olunacaq.

Uber və digər rəqiblərindən fərqli olaraq Lyft şirkəti bu işdə yalnız yol almaq fikrində deyil. Bütün avtomobil sənayesi ilə partnyorluq etməyə hazır olan Lyft şirkətinin uğurlu olması böyük ümidlər vəd edir. Bunun əsas səbəbi kimi isə bu işdə təkbaşına deyil, əməkdaşlıqlar quraraq uğur qazanmaq istəyidir.

Onu da qeyd edək ki, mütəxəssislərin rəyinə əsasən 5 il ərzində sürücüsüz avtomobillər artıq dünyanın hər tərəfindən görüləcək.