Linkedin Contacts-dan siz də yararlanın

Dövrümüzdə iş dünyasında müəyyən yer tutmaq və yüksəlmək getdikcə çətinləşir və əvvəllər çox önəmli sayılan akademik nailiyyət artıq öz əhəmiyyətini itirir. Artıq iş dünyasında nə qədər çox şəxs tanıyır və onlarla əlaqə yaradırsınızsa o qədər çox yüksəlmək imkanınız var.

Bu dəyişikliklərin fərqinə varan peşakar şəbəkələrdən LinkedIn yeni “LinkedIn Contacts” tətbiqetməsinin mobil və web versiyasını bazara çıxartdı.

LinkedIn istifadəçilərinə üçün olduqca faydalı olacağı düşünülən bu yeni tətbiqetmə sizə daha çox imkan yarada bilər.

Peşəkar şəbəkə sizin iş həyatınızdakı  yerinizi, uğurlarınızı göstərə bilməklə yanaşı, həm də sizin gələcək kariyeranız baxımından da olduqca əhəmiyyətlidir. Lakin, bu günə qədər etdiklərinizi yazmaq və bioqrafiyaınızın şəbəkədə olmasının heç bir mənası yoxdur. Iş həyatında sizi uğura aparacaq olan insanlarla əlaqəniz də bu baxımdan çox mühümdür.

Linkedinin yeni Contacts tətbiqetməsinin bu əlaqələri yaratmağı biraz daha asanlaşdıracağı düşünülür. Hal-hazırda tanıdığınız şəxslərlə əlaqəni asanlaşdırmaqla bərabər tanımadığınız, lakin əlaqə yaratmaq istədiyiniz insanlarla da daha asan əlaqə qurmağı mümkün edir.

Bunlardan başqa təqviminizdəki məlumatlar və telefonunuzda olan şəxslər haqqında olan qeydləriniz da bu tətbiqetməyə daxildir. Həmçinin, iş həyatında inandığınız insanlara bu tətbiqetməəni açaraq sizə uyğun olduğunu düşündüyünüz iş sahəsi ilə bağlı birbaşa tələb və təkliflərinizi verə bilərsiniz.

Hələlik sadəcə iOS istifadəçilərinin yararlana bildiyi bu tətbiqetmənin tezliklə digər versiyalarnın da çıxacağı gözlənilir