LG S4 Pro Smartfonu Sentyabrda

Koreyanın LG şirkəti Snapdragon S4 Pro ailəsindən olan Qualcomm APQ8064 çipset bazasında olacaq yeni smartfon üzərində çalışır. Bu cihazın HTC One (Nvidia Tegra 3) və Galaxy S III (Samsung Exynos 4412) kimi rəqiblərlə ciddi mübarizə aparacağı gözlənilir. Qualcomm şirkətinin açıqlamasına görə bu bütün dünya alıcılarına açıq olacaq ilk S4 Pro smartfonu olacaq.

Daha öncə Çin şirkəti olan Xiaomi S4 Pro əsasında olan Mi-Two smartfonunu təqdim etmişdi. Onun əsas üstünlyü qiymətinin ucuz olması (250 AZN), mənfi cəhəti isə cihazın yalnız Çin ərazisində satılmasıdır. Qualcomm şirkəti yeni cihazın APQ8064 4 nüvəli prosessorla yanaşı LTE şəbəkəni dəstəkləyən MDM9615 çipi ilə də təchiz ediləcəyini təsdiqləyib.

Məlumatlar gəzir ki, bu yeni model LG telefonu Optimus G olacaq. Şayələrə görə bu cihaz Android əməliyyat sisteminə, 4,7-inçli displey TrueHD, 2Gb operativ yaddaşa və 13 milyon piksellik kameraya sahib olacaq.

Sizcə bu telefon iPhone-un öhdəsindən gələ biləcəkmi?