“LG Optimus G2” haqqında nə bilirsiniz?

LG Optimus G2 smartfonu avqustun 7-də Nyu-Yorkda təqdim ediləcək. Xatırladaq ki, sözügedən model LG Optimus G Pro-ni əvəz edəcək.

 

ICTnews  bildirir ki, smartfon Qualcomm Snapdragon 800 çipi ilə təchiz ediləcək. Bundan başqa, model 5,2 düymlük IPS ekranla təchiz ediləcək və Full HD təsvir ölçüsünə malik olacaq, həmçinin 13 MP optik sabitləşməyə malik kamera, 3 QB əməli yaddaşa sahiblənəcək və Android 4.2.2 mobil əməliyyat sistemi ilə işləyəcək.