CES 2013 – LG öz artilleriyasını hazırlayır

LG şirkəti CES 2013 ərəfəsində məhsullarını ictimaiyyətə təqdim etməkdə davam edir. Daha öncə şirkət audio və video yenilikləri haqqında məlumat vermişdir, artıq növbə kompüterlərindi. LG xəbər verir ki, tədbir çərçivəsində istifadəçilərə yeni Microsoft əməliyyat sistemində işləyən bir neçə cihaz təqdim ediləcək.

Birinci cihaz – 11,6-düymlu noutbuk və planşet hibridi olan LG Tab-Book H160. Cihazın qatlanmış vəziyyətdə qalınlığı 15,9 mm-dir və bu halda adi  Windows-planşeti xatırladır. Bununla yanaşı xüsusi mexanizmin köməyi ilə ekranı qaldırmaq olur, və bu yolla fiziki klavyaturdan istifadə etək olar.

Cihazın çəkisi 1,05 kq-dır, şarj etmədən 12,5 saat işləmə imkanına sahibdir. LG-nin verdiyi məlumata görə cihazın Wi-Fi, Bluetoot 4.0, HDMI çıxışı, USB slot və micro SD yuvası vardır.
Tab_Book_Ultra

İkinci cihaz – Tab-Book Ultra Z160 – bu Tab-Book H160 cihazının Intel Core i5 prosessoru ilə çalışan daha güclü versiyasıdır.

Növbəti yenilik – Full HD IPS display ilə LG Z360 ultrabuku. Onun qalınlığı cəmisi 13,6 mm, çəkisi isə 1,15 kq-dır. Ultrabuk  Intel Core i5 prosessora və SATA3 SSD sabit diskə sahibdir. Koreya istehsalçıları söz veriblər ki, cihaz 8 saniyədən gec açılmır, yüklənmə ilə bağlı problemi yoxdur.

Dördüncü yenilik – LG V325 monoblokudur. Cihaz 10 pikselli multi touch dəstəkləyən 23-düymlu ekrana, Intel Core i5 prosessor və NVIDIA GeForce GT640M videokartına sahibdir. Cihazın əsas üstünlüyü öncədən quraşdırılmış TV-tünerin və eyni zamanda həm poçtunuzu yoxlamağa, həm də web-səhifələri və.s gəzməyə imkan verən proqram təminatının olmasıdır.

LG_monoblok

Bütün cihazlar haqqında daha geniş və daha ətraflı xatakteristikalarını LG CES 2013 sərgisi çərçivəsində açıqlayacaq.