Lenovo WP8-smartfonu buraxılışı planlarını təsdiqlədi

2012-ci ilin iyun ayında Microsoft şirkəti Windows Phone 8 platformasının partnyorlarını elan etmişdi. Bunlar Nokia, Samsung, HTC və Huawei idi. Bu il bu şirkətlərin sırasına yeni bir texnologiya şirkəti qoşula bilər — Lenovo.

ZDNet mətbu nəşrinin məlumatına görə Lenovo şirkətinin vitse-prezidenti Djen Di Hovard ehyam etmişdir ki, bu il istifadəçilər nəhayət ki Windows Phone əməliyyat sistemi altında ilk Lenovo smartfonunu görəcəklər. Son qərar bir neçə ay sonra açıqlanacaq. Mobile Internet və Digital Home (MIDH) şöbəsi artıq idarə heyətinə Windows Phone 8 sistemində smartfonların istehsalı ilə bağlı razılıq vermələri üçün müraciət təqdim edib.

Xatırladaq ki, Lenovo WP8-smartfonunun çıxacağı haqqında ilk şayələr keçən ilin yayından yayılmaqdadır.