Gözlənilən Lenovo Windows ThinkPad

Əgər düşünürsüzsə Microsoft Surface haqqında danışılacaq yeganə Windows tabletidir, bir daha düşünün. Çünki Lenovo ilk Windows 8 əməliyat sisteminə sahib ThinkPad tabletini satışa çıxarmağa hazırlaşır.

Lenovo məhsullarını adlandırmaqda nə qədər uğursuz olsa da, bir çoxlarının həyəcanına səbəb olan ThinkPad Tablet 2 keyfiyətli mühəndislik məhsuludur. 25.65 sm ekran, 1sm qalınlıq, 0.59 kiloqrama sahib bu tablet rəqibləri ilə məharətlə yarışacaq.

Intel Clover Trail prosessora sahib olan tablet effektiv iş görmək, lazımsız komponentlərdən, eləcə də sərinləşdirici pərvanədən xilas olma məqsədi güdür. Windows RT əməliyat sisteminin bütün zəif cəhətlərindən xilas olan ThinkPad Windows 8 Pro tam versiyasını, Office proqramlarını, eləcə də Windows 7 applikasiyalarını işlətmə bacarığına malikdir.

Güclü prosessorla yanaşı, ThinkPad mini HDMI və USB 2.0 portlarına, miniSD kart oxuducuya və stereo səsləndiricilərə sahibdir. Seçənəklər arasında 3G/4G əlaqə, NFC çip, barmaq izi oxuyucu və klaviatura var. Əsl PC-yə görə həddindən artıq yüngül olan tableti istifadə əsl zövq verəcək. 1,366 x 768 anti-glare görüntü isə öz növbəsində media və oyunlar üçün üstünlük gətirir.

Təəssüf ki, Lenovo ən mühim amili – qiyməti – hələ də açıqlamayıb. Surface üçün açıqlamada deyilir ki, qiymətlər Ultrabook ətrafında olacaq. ThinkPad üçün klaviaturanın olmaması qiymətin daha ucuz olacağına ümid etmək üçün əsas verir. Oktyabrda satışa çıxarılacaq tabletin bazara səs gətirəcəyini gözləmək olar.