Lenovo P770 IdeaPhone 29 saat batareya

Lenovo, Çin dövrümüzün ən çox enerjiyə qənaət edən smartfonunu icad edib. Telefon 3,500mAh batareyaya sahibdir, hansı ki, 29 saat danışıq müddəti təmin edir. Eyni zamanda, Lenovo IdeaPhone P770 təxminən 644 saat gözləmə rejimində qala bilər. Bu isə təxminən 26 günə bərabərdir. Bunlarla yanaşı telefon 1,2 GHz prosessora və 3G imkanına malikdir.

Lenovo P770  Android 4.1 ‘Jelly Bean’ əməliyyat sistemi və ‘Mondrian’ interfeysi ilə satışa çıxır. Orta sinif telefon olmağına baxmayaraq bu məhsul 960×540 pikselli qHD texnologiyalı 4,5-inç IPS displeyə malikdir. Bu smartfon həmçinin 3G radio, Bluetooth, Wi-Fi 802.11n və GPS imkanlarına malikdir.

Həmçinin smartfon telekonferans rejimi və 5 metr radiusdan danışmaq üçün quraşdırılmış ‘Chi-sound’ texnologiyasına sahibdir. Ağır batareyasına baxmayaraq smartfon yüngüllüyünü qorumağa çalışıb və cəmi 161 qram çəkiyə malikdir. Telefonun Çindən kənara nə zaman çıxacağı məlum olmasa da, hal-hazırda cəmi 273 dollara satılır.