Lenovo Miix Windows 8 Tablet Xüsusiyyətləri

Windows 8 əməliyyatı ilə işləyən Lenova Miix adlı yeni tableti 2013-də istifadəçiləri ilə görüşür.  Lenovo Windows 8 tablet xüsusiyyətlərini sizə təqdim edirik.

Gücünü Intelin Atom prosessorundan alan Miix, 1366×768 bayıt əmsalı 10.1 düym HD IPS ekrana sahibdir. Kompüter və tablet xüsusiyyətlərini  özündə birləşdirdiyi üçün Miix olaraq adlandırılan cihazda 2 GB RAM, 64 GB eMMC daxili yaddaşı və 32GB-a qədər olan  microSD kartı da vardır.

Təxminən 545 qram ağırlığa və 10 mm qalınlığa sahib olan tabletdə Bluetooth 4.0 və Wi-Fi bağlantıları mövcuddur. Əlavə olaraq  3G-GPS bağlantı seçimi də təqdim edilir.  10 saata qədər istifadə imkanı təqdim olunan tablet,  AccuType klaviatura ilə istifadə olunduğunda bir notbuka  çevrilə bilər. Bu klaviatura eyni zamanda qapaq funksiyasına da sahibdir. IdeaPad seriyası toxunmalı ekranı notbuklarına da Intelin dördüncü nəsil prosessorları Haswell-i yerləşdirən Lenovonun Miix adlı tableti yay aylarının sonlarına doğru bazara çıxacaq. Tabletin satış qiyməti hələ məlum deyil.