Lenovo Blackberry ilə maraqlanır

HP-den sonra dünyanın ən çox kompüter istehsal edən firması olan və daha əvvəl 2005-ci ildə IBM-in kompüter hissəsini 1,75 milyard dollar ödəyərək satın alan Lenovo’nun bu dəfəki hədəfində isə, çıxardığı yeni əməliyyat sistemi və ağıllı telefonlar ilə son günlərin çox danışılan Kanadalı ağıllı telefon istehsalçısı olan BlackBerry var.

Adını 3 milyon dollarlıq mükafatını  işçilərinə paylamasıyla eşitdirən Lenovonun CEO-su Yang Yuanqingin Fransız qəzet Les Echosa etdiyi şərhlərdə Lenovonun Blackberry ilə maraqlandığı ortaya çıxdı. Blackberryni satın almağın bu an üçün məntiqli ola biləcəyini açıqlayan Yuanqing, hələlik hazırlıq mərhələsində olduqlarını və Blackberryni və ağıllı telefon bazarını yaxşıca analiz etməyə ehtiyac olduğunu söylədi.

Təbii ki,  Lenovo Blackberryni satın almaq haqqında  konkret addımlar atmadı ancaq CEO-nun bu şərhləri belə Blackberrynin səhmlərinə  böyük ölçüdə təsir etdi. Lenovonun mobil bazarda Windows Phone və ya Android əməliyyat sistemi ilə işləyən öz qurğularını çıxarması gözlənilir. Bəs sizcə Lenovo Blackberryni alacaqmı?