NASA: Lazer şüaları yeni rabitə vasitəsi kimi

NASA məlumat verib ki, bu ilin oktyabr ayında lazer şüaları vasitəsi ilə məlumat ötürülməsi yeni texnologiyasının testlərinə başlayacaq. Sistem OPALS (Optical Payload for Lasercomm Science) adını alıb və kosmosdan Yerə məlumat ötürülməsi üsullarında dəyişikliklər edəcəyinə böyük ümidlər var.

NASA inanır ki, rabitə məsələlərində lazer şüalarından istifadə edərək daha sürətli bir şəkildə məlumatları Beynəlxalq kosmik stansiyasına ötürüb və geri ala biləcəkdir. Hazırda aerokosmik agentlik kosmosla əlaqədə eynilə bizim maşınlarda radioya qulaq asdığımız texnoloji metoddan istifadə edir.

Test zamanı OPALS NASA Beynəlxalq Kosmik Stansiyadan lazer şüası vasitəsilə Kaliforniya ştatında Jet Propulsion Laboratory laboratoriyasında yerləşən yer qəbuledicisinə video məlumat göndərməyə hazırlaşır.

Düzdür praktikada hər şey göründüyündən daha çətindi. NASA-nın dediyinə görə hər şey dəqiqlikdən asılıdır:

«Təsəvvür edin bu, lazer şüasını 6-9 metrdən insan saçının diametri ölçüsündə bir obyektə yönəltmək kimi bir şeydir və əlavə olaraq bu obyektin saniyədə 15 santimetr hərəkət etdiyini düşünün».