Kvotter üçün beynəlxalq rəqib – Quotle

Bildiyiniz kimi Kvotter artıq beta versiyasını sınaq üçün istifadə etmək istəyənlərə təklif edir. Kvotter-in əsas məqsədi kitab oxucularının işini texnologiyanın verdiyi imkanlarla rahatlaşdırmaqdır. Kitabda diqqətinizi cəlb edən hissələri, statları sürətli və effektiv yolla qeyd etmək və saxlamaq üçün OCR (optik hərf tanıma) sistemindən istifadə edən Kvotterlə siz sadəcə səhifənin həmin hissəsinin şəklini çəkirsiniz. Həmçinin özündə sosiallıq xüsusiyyətini də daşıyan Kvotter vasitəsilə siz bu statı dostlarınızla və ictimaiyyətlə bölüşə bilərsiniz. Hal-hazırda sadəcə sınaq üçün Android tətbiq mövcuddur.

Bir çoxlarının bu məhsulun rəqibi və alternativi olmadığını düşünməsinə baxmayaraq, qeyd etmək yerinə düşər ki, hələ 2014-cü ildə Parisdə birləşən komanda Quotle layihəsini hazırlayıb və layihə artıq 2 ilə yaxın müddətdir ki, fəaliyyət göstərir. OCR (optik hərf tanıma) sistemindən istifadə edən Quotle tətbiqinin əsas üstünlüyü isə API bağlantı ilə milyonlarla Goodreads resursundan istifadə imkanıdır. Hal-hazırda sadəcə iOS tətbiq mövcuddur.

illus-CP

Təbii ki, biz öz milli məhsulumuz olan gənc Kvotter-in istifadə olunmasını arzu və tövsiyyə edirik. Bununla yanaşı Kvotter komandasına gözünü bu rəqibdən ayırmadan hər zaman bir addım öndə olmasını arzu edirik.