Kvotter istifadə etmək üçün 3 səbəb

Bildiyiniz kimi Kvotter, OCR texnologiyası ilə şəkil kimi çəkilmiş mətnlərin (statlar, kitabdan bir hissə, qəzetdən mətn) yazıya çevrilərək paylaşılmasını təmin edən, yerli sosial media startapıdır. Yerli adlandırmağımız sizi çaşdırmasın. Qlobal səviyyədə istifadə olunacağına iddialı və kifayət qədər maraqlı konseptə sahib bu tətbiqi sadəcə olaraq özümüzkülər hazırlayıb.

İdeya müəllifi və layihənin rəhbəri Coşqun Kərimov, Kvotterdən istifadə etmək üçün bizə 3 səbəb göstərir.

1-ci səbəb

Kvotter, bütün mümkün mənbələrdən (e-kitab, jurnal, qəzet, kitab, bloq və s.) milyonlarla statları və məlumatları yaddaşda saxlamaq və paylaşmaq üçün bir vasitədir. Bunu edərkən siz, sadəcə şəkil çəkirsiniz və OCR texnologiyasının möcüzəsi ilə şəkildə olan yazıların, elektron mətnə çevrilməsini izləyirsiniz.

kvotter-1

2-ci səbəb

Kvotter sizə milyonlarla kitablardan, milyonlarla statları və məlumatları istifadə etmək imkanı verir. Hələ yayımlanmamış, çox gözlənilən kitabların müəllifləri tərəfindən, izləyiciləri ilə paylaşılan maraqlı statusları, kitabdan statları əldə edəcəksiniz. Kitab həvəskarları üçün bundan gözəl nə ola bilər?!

Kitabların tizlerləri, müəllif profilləri, heşteqlərlə axtarış və s. imkanlar sadəcə bir tətbiqin içərisində olacaq.

3-cü səbəb

Təsəvvür edin ki, 100-dən çox kitab oxumusunuz və bu kitablardan Kvot elədiyiniz məlumatlar hər zaman smartfonunuzdadır. İstədiyiniz vaxt bu Kvotları oxuya bilərsiniz. Kvotlarınızı şəxsi məlumat kimi saxlaya, yaxud hər kəslə paylaşa bilərsiniz.

Tətbiqi sınaqdan keçirmək üçün kvotter.com saytına keçə bilərsiniz. Nəzərə alın ki, hal-hazırda tətbiqin sadəcə Android versiyası istifadəyə verilib. Komanda hal-hazırda iOS tətbiqi üzərində çalışır və yaxın zamanda yayımlanması gözlənilir.