Kompüterinizi təmizləyin

Kompüterinizdə aylarla yığılan lazımsız məlumatlardan qurtulmanın ən asan yolları:

Təmizləmək

Işə lazımsız proqramlar, web brauzer əlavələrini silərək başlaya bilərsiniz. Stolüstü kompüterləriniz və noutbuklarınızdakı çox az istifadə etdiyiniz, yaxud heç istifadə etmədiyiniz proqramları, mobil cihazınızdakı lazımsız tətbiqetmələri silin. Pulsuz CCleaner  vasitəsilə istəmədiyiniz proqramları silə bilərsiniz.

PC, Mac, Android və iOS-da istifadə sisteminin yeni olduğundan əmin olun. Cihazınızdakı bütün tətbiqetmələri yeniləyin.

Qorumanı artırın.

Istifadə sisteminizi yaxşılaşdırdıqdan sonra təhlükəsizliyi gözdən keçirmək lazımdır. AVG, Norton, Vipre, Kasperskiy kimi antivirus proqramlarından istifadə edərək sisteminizi tam olaraq təmizləyin.

Android-li mobil telefonunuzla Avast və AVG-nin təhlükəsizlik tətbiqetmələrindən istifadə edərək sisteminizi gücləndirə bilərsiniz..

Nüsxələyin.

Gözlənilməyən problemlərə qarşı sisteminizi qorumaq üçün onu kopyalayın. Ailə şəkillərinizi, sənədlərinizi, videolarınızı və digər önəmli məlumatlarınızı başqa bir bazada da saxlayın. Dropbox  kimi fayl saxlama xidmətindən istifadə edə bilərsiniz.

Fiziki təmizlik.

Monitorunuzu nəm bezlə silin, mouse-nuzun altında yığılmış toz qatını qazıyıb atın. Masaüstü PC-nizin və noutbukunuzun üzərini də silin. Klaviaturanı tərsinə çevirib silkələyin ki, içindəki qırıntılar təmizlənsin, yaxud da tozsorandan istifadə edin. Sabunlu su ilə klaviaturanızın üzərindəki yağ təbəqəsini də silin.