Kinectlə Oyun Qəhrəmanı Ol

Virtual personaji sizin bənzərinizə çevirə bilən üz cizgilərini izləyib təkrarlayan texnologiya icad olunub.

Faceshift texnologiyası üzdəki mimikaları oxuyur və virtual model üzə çıxarır

Bu Microsoft Kinect media qurğusuna quraşdırılmış 3D sensor vasitəsi ilə mümkün olur. Kameradan gələn məlumatlara əsasən insan üzünün ən xırda mimikalarını belə virtual modelə transfer edə bilir.

Yeni texnologiya həm oyun sənayesində, həm də animasiyaların çəkilməsində çox rahat istifadə oluna bilər. Məşhur Avatar filminin qəhrəmanlarını da bu texnologiyaya bənzər texnologiya ilə yaratmışdılar.

Əgər bu texnologiyaya sahib cihazlar satışa çıxsa, deyə bilərik ki dünyada fərdi insanlar tərəfindən yaradılan 3D multiplikasiyaların sayı xeyli artacaq.