Kimin haqqında düşündüyünüz də gizli qalmayacaq

Bəli, çoxlarının təəccüblə qarşıladığı bu fikir artıq bir reallığa çevriləcək. Bəzən həqiqətən kimin sizin haqqınızda düşündüyünü bilmək istəyirsiniz.

Belə ki, alimlər ilk dəfə insan beyninin analizini apararaq bir insanın kimin haqqında düşündüyünü tapmağı bacardı. Yeni kəşf edilmiş bu metodla sosial həyatda insanlarda rast gəlinən pozuntuları və autizm xəstəliyinin müalicəsində istifadə oluna biləcək.

Amerikalı nevroloqlar təkmilləşdirdikləri beyin analizi üsulu ilə insanların müəyyən bir ərazidə kimin haqqında düşündüklərini müəyyən etməyə müvəffəq oldu.

Metodun ilk təcrübələri Corneli Universitetində Nathan Spreng və onun həmkarları ilə birlikdə 19 könüllü üzərində aparıldı. Könüllü iştirak edənlər müxtəlif xarakterə mənsub insanlar olmaqla, bəziləri digər insanlarla əməkdaşlıq aparmaq mövzusunda bir az istəkli ikən, digərləri bu məsələyə qarşı soyuq və istəksiz şəxslər olaraq seçildi, bu da məhz onların fərqli xüsusiyyətlərə malik olduqlarını müəyyən etmək üçün idi. Qrupda yer alan insanlardan bəziləri ünsiyyətcil, bəziləri isə özünə qapalı insanlar idi.

Alimlər insanları, könüllülərin hər birinə cəmiyyətdə ən çox üstünlük verilən məşhur adlarla adlandırdı və cinsiyyətinə görə cütləşdirdi.

Cerebral Cortex jurnalında detalları ilə yayımlanan təcrübədə könüllülərə müxtəlif ictimai vəziyyətlərdə necə davranacaqları barədə suallar verildi. Bu suallar içərisində bir barda içkiyi yerə tökmək, evsiz bir müharibə veteranının pul istədiyi zaman necə reaksiya verilə biləcəyi kimi suallar var idi.

Könüllülər suallara cavab verərkən fMRI (funksional maqnetik rezonans görüntüləmə) ilə beyin fəaliyyətinə diqqət yetirildi.

Təcrübənin sonunda könüllülərin göstərdiyi şəxsin beyin qabığında meydana gələn xüsusi hüceyrələrdə canlandığını təsbit olundu ki, bu hüceyrələr də məhz insanların digər insanlar haqqında düşündüyü yerdir. Bu hüceyrələri araşdıraraq könüllü iştirak edən insanların kim haqqında düşündüklərini müəyyən etmək mümkün oldu.

Discovery News-a müsahibə verən Spreng bildirdi ki: “Həyatınız boyunca tanış olduğunuz və xatırlaya bildiyiniz bütün insanları düşündüyünüzdə bu təcrübənin özünü çox biruzə verəcəkdir. İstifadə etdiyimiz üsul təcrübələrin paylaşılması və insanların haqqında daha ətraflı məlumat əldə etmək üçün tətbiq olunacaqdır. Bundan əlavə, gələcəkdə baş verəcək hadisələr barəsində də yeniliklər olan zaman nə düşündüyünüzü də müəyyən edə biləcəyik”.