“Ketchi”nin rəsmi saytı fəaliyyətə başladı

Azərbaycanda keçi südü istehsal edən yeganə firma olan “KETCHI”nin bu günlərdə rəsmi saytı fəaliyyətə başlayıb.

Tam təbii keçi südündən hazırlanmış məhsullar istehsal edən firmanın saytı ilk baxışda olduqca xoş təəssürat bağışlayır.

Sadə interfeysin tətbiq olunduğu saytda firmanın məhsulları haqqında geniş məlumat almaq olar. Ayrı-ayrılıqda məhsulların hazırlanması, resepti və satış nöqtələri də saytda qeyd olunub.

Şirkət nümayəndəsinin verdiyi açıqlamaya görə hal-hazırda sayta düzəlişlər və əlavələr olunur. İlkin versiyanı saytın imkanlarını və müştərilərin / istifadəçilərin fikirlərini öyrənmək üçün yayımlayan şirkət, saytın getdikcə daha da funksional və faydalı olacağını qeyd edib.

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *