Keçmiş “Snake” Oyunu YouTube-da

Çoxumuzun telefonda və Tetrisdə oynamaqdan doymadığımız məşhur “Snake” oyunu YouTube videolarının bir hissəsi olub. Necə? Artıq siz video izlədiyiniz müddətdə, yaxud videonun yüklənməsini gözləyərkən Snake oynaya bilərsiniz. Video yükləndiyi sırada fırlanan xırda dairələri aşağı, yuxarı, sağa, sola ox düymələri ilə Snake-ə çevirə bilərsiniz. Ənənəvi yüklənmə (gözləmə) işarəsi bir anda ilan kimi video çərçivəsi arasında dolaşmağa başlayacaq. Başladım oynamağa, bir də fərqinə vardım ki, video yaddan çıxıb, oyuna qurşanmışam. Ehtiyyatlı olun, yoxlayım deyib başlayıb, videolara baxmağı unutmayın.