Kapital Bank 1-ci yerdə qərarlaşdı

Sosial media şirkətlərin gündəlik işlərinin ayrılmaz bir hissəsinə çevrilib. Ölkəmizdə də şirkətlər müştərilərinə daha yaxın olmaq və daha effektiv ünsiyyət qurmaq üçün sosial mediada aktivliyini günü-gündən artırır. Azərbaycandakı şirkətlərin öz kateqoriyalarında rəqibləri arasında sosial media, daha dəqiq desək Facebookda aktivliyi ilə necə seçildiyini müəyyənləşdirmək üçün araşdırmalar aparmağa qərar verdik. İlk olaraq Azərbaycan banklarının Facebook səhifələri arasında müqayisə aparan qısa bir araşdırma etdik.

Hesablama Metodu

Araşdırmada bankların Facebook səhifəsində izləyici sayı, müştərilərin verdiyi qiymət (rəy), bank haqqında məlumat səhifəsinin dolğunluğu, müştərilərin suallarını cavablandırma göstəricisi və paylaşımların aktivliyi kimi faktorlar nəzərə alınıb. Hər bir elementin reytinq dərəcəsi toplanaraq cəmi qiymət əldə olunub. Məsələn: Unibank səhifəsinin izləyici sayı  290.000 nəfərdir. Birinci göstərici kimi ölkəmizdə hər 100 min nəfərə düşən (əhalimizin 10 milyon olduğunu nəzərdə tutaraq) izləyici sayını hesablayırıq. Belə olan halda 290.000/100.000=2,9 izləyici qiyməti, müştərilərin verdiyi ortalama qiymət 3 (rəy və ulduzlar əsasında), səhifədə bank haqqında məlumat tam olduğundan 3 balla qiymətləndirilib, müştərilərin suallarının cavablandırması dəqiqələr ərzində baş verdiyinə görə 3 bal, səhifədə paylaşımlar da intensiv olaraq hər gün edildiyindən ən yaxşı göstərici olan 3 balla qiymətləndirilmişdir.

Bankların Reytinqi

Yuxarıda göstərilən metodla aparılan hesablamalar əsasında bütün bankların Facebook səhifələrinin reytinq cədvəli aşağıda göstərilmişdir.

 

Bu hesablamalardan da aydın şəkildə görüldüyü kimi Kapital Bank ən effektiv Facebook səhifəsi ilə banklar arasında birincidir. Kapital Bankın ən böyük üstünlüyü izləyici sayının çox olması ilə yanaşı, yüksək müştəri rəyi də liderliyi sığortalamaq üçün ciddi rol oynayır. Bildiyiniz kimi Facebookun müştəri rəyi imkanları hər hansı şirkət haqqında ilkin təəssürat yaratmaq üçün yaxşı vasitə sayıla bilər. Bu da öz növbəsində şirkətləri müştəri xidmətlərini tənzimləyərkən daha diqqətli olmağa vadar etməlidir.

Bank Respublika isə ən zəif göstərici ilə siyahının sonunda yer alır. Baxmayaraq ki, bankın səhifəsində izləyici sayı kifayət qədər çoxdur, mesajları cavablandırma və aktivlikdən aldığı zəif qiymət, xüsusilə də izləyici rəyinin olmaması onu xeyli geri salır. UniBank, Bank of Baku, AccessBank və Ata Bank ilk 5-likdə yer almaqlarına baxmayaraq Kapital Bank izləyici sayı və yüksək müştəri rəyi ilə liderlik mərtəbəsindədir. Adı çəkilən banklar kiçik reklam büdcəsi sərf etməklə izləyici sayını artıra, müştəri xidmətini yüksəltməklə daha yaxşı rəylər qazanmaq, səhifə aktivliyini artırmaqla Facebook səhifəsini daha effektiv hala gətirə bilərlər.

Bəs siz hansı bankın Facebook səhifəsiniz izləyirsiniz? Sizcə hansı bank Facebookda daha aktivdir?