Kameralara tələbat niyə azalır?

Yaponiyanın Nikon şirkəti əsas coğrafi regionlarda kompakt kameraların bütün modellərinə tələbatın azalmasının müşahidə olunduğunu bildirib, halbuki aynalı kamera modellərinə tələbat stabil olaraq qalır.

 

ICTnews  bildirir ki, Nikonun prezidenti Makoto Kimura bildirib ki, şirkət, kamera modellərinə olan tələbatın azalmasını tarazlamaq üçün smartfon istehsal edə bilər.

Onun sözlərinə əsasən, hazırda Nikonun əsas diqqəti kameralara yönəldilib, lakin ucuz kameralara tələbatın azalması fakt olaraq qalır, kamera ilə təchiz edilmiş smartfonlara isə tələbat artır. Kimura qeyd edib ki, istifadəçilərin smartfon vasitəsi ilə çəkdiyi şəkillərin sayı artır.  Nikon bundan istifadə edərək böyük fotoqrafik funksionalla təchiz edilmiş smartfonlar istehsal edəcəyini istisna etmir.

O, həmçinin bildirib ki, hazırda qənaətli Coolpix kameraları gözləniləndən daha pis satılır və Nikon satışın stimullaşdırılmasına yönəldilmiş müxtəlif strategiyalar üzərində işləyir.