Kağız formasında batareya

Kağız formasında batareya

İnsanlar nə qədər texnologiyanı qabaqlamağa çalışsa da, elə insan beyninin məhsulu olan texnologiya günbəgün insanları təəccübləndirməyə davam edir. Texnologiyanın əldə etdiyi son ixtiralardan biri də odur ki, artıq qalın batareayalar öz yerini kağız formasında olduqca nazik və rahat batareyalara verir. Belə ki, alimlərin son illər üzərində işlədiyi bu batareya uzaqdan baxanda sadəcə adi bir kağız parçasına bənzəyir, əslində isə bu, kağız formasında yeni ixtira olunmuş batareyadır.

Son illərdə texnologiya sahəsində bir çox cihazların daha təkmilləşdirilmiş variantları hazırlansa da, batareyalar barədə düşünülmürdü. Lakin ABŞ mütəxəssisləri bu sahədə yeniliyə imza atmağa hazırlaşırlar.

Mütəxəssislərin fikrincə batareyanı doldurmaq üçün onu kiçik bir karbon balonunda yerləşdirmək kifayətdir. Bununla belə, hər batareya kimi bu kağız batareyanın da elektrik ötürücüsünə ehtiyac olduğu zaman mexanizmin hərəkətə başlaması üçün insan qanı və ya tərinin lazım olacağını da bildirilir.

Təkmilləşdirilən incə və kiçik batareya elastikliyinə görə digərlərindən fərqlənir. İxtiranın üzərində işləyən Doktor Robert Linhardt qeyd edib ki, bu batareyadan digər sahələrdə və fərqli yerlərdə istifadə oluna biləcək.

Elastikliyindən əlavə batareyanın ən əsas üstünlüyü ondadır ki, o, istənilən iqlim şərtlərində istifadə oluna bilər, istər qütblərdə, istər səhralarda. Hətta ondan kosmosda da istifadə edə bilərsiniz.

Kağız batareyanın üç ilə satışa çıxarılacağı nəzərdə tutulur. Bu batareyadan ürəyin döyüntülərini tənzimləyən cihazlarda da istifadə oluna biləcəyi gözlənilir.