Uberdən gözlənilməz dəyişiklik

Uber son 4 ildə ilk dəfə daxili dizaynında dəyişiklik edib. Artıq istifadəçilər taksi sifariş verən kimi getdikləri yolun məbləğini öyrənə biləcək. Uberdə həmçinin ardıcıl istiqamətlər üçün də xüsusi panel yaradılıb. Bundan başqa təyinat nöqtəsi tək hansısa ünvan yox, o cümlədən telefon kitabçası ilə Uber arasında sinxronizasiya etmiş şəxs də ola bilər. Artıq proqram daxilində istiqamətin

Facebook Messengerdə tarifə qənaət funksiyası yaradılıb

Bu ayın əvvəlindən Facebook interneti zəif olan ölkələri nəzərə alaraq Messengerdə Android platformalı smartfonlar üçün Lite-versiya yaradıb. Bu funksiyanın əsas məqsədi internet tariflərinə qənaət etməkdir. Messenger istifadəçilərinin bir çoxu bu funksiyanın əlavə olunması arzusunda idilər. Bu səbəbdən də Facebook Data Saver adlı bu funksiyanı Messengerə tətbiq etmək qərarına gəlib. Data Saver funksiyası messengerdə tez-tez video, audio mesajlar və

Google Maps taksi xidməti təklif edəcək

Google Maps tətbiqində, bir çox istifadəçinin gözlədiyi kimi, taksi xidməti təklif olunacaq. Hələ ki, sadəcə ABŞ-da təklif olunacaq bu xidmətlə tətbiqdə taksi sifariş etmək üçün keçid veriləcək. Hal-hazırda Lyft və Gett taksi xidmətləri ilə razılaşma əldə edən Google, Uber xidmətinə alternativ olaraq bu iki şirkətin xidmətlərini də təklif edə biləcək.

Kvotter istifadə etmək üçün 3 səbəb

Bildiyiniz kimi Kvotter, OCR texnologiyası ilə şəkil kimi çəkilmiş mətnlərin (statlar, kitabdan bir hissə, qəzetdən mətn) yazıya çevrilərək paylaşılmasını təmin edən, yerli sosial media startapıdır. Yerli adlandırmağımız sizi çaşdırmasın. Qlobal səviyyədə istifadə olunacağına iddialı və kifayət qədər maraqlı konseptə sahib bu tətbiqi sadəcə olaraq özümüzkülər hazırlayıb. İdeya müəllifi və layihənin rəhbəri Coşqun Kərimov, Kvotterdən istifadə

Bu həftənin ən yaxşı 7 tətbiqetməsi

Bir çox gündəm xəbərlərini izlərkən, bir sıra maraqlı yeniliklər nəzərdən qaçır. Sizə çox maraqlı və faydalı bildiyimiz 7 tətbiqetməni təqdim edirik. 1. ALLWOME Bu tətbiq xanımlar üçündür. Dodaq boyasından modaya, münasibətlərdən sağlamlığa, bir sıra maraqlı mövzularda tövsiyyələr və məqalələr əldə edəcəksiniz. 34 fərqli kateqoriyada 50.000 məqalə ilə məsləhətçinizə çevrilən Allwome sizin qadın bələdçiniz yaxud moda

Apple tətbiqləri siləcək

Apple təmizlik işlərinə başlayacağını deyib. Hesabata əsasən 2 milyondan çox tətbiqin heç də hamısı istifadə olunmur. Külli miqdarda tətbiqlər var ki, ümumiyyətlə istifadə olunmur. Bu təmizlik işlərinə 7 sentyabr tarixindən başlayacağını qeyd edən Apple rəsmiləri, işə salınanda xəta baş verən tətbiqlərin birbaşa silinəcəyini qeyd ediblər. Bununla yanaşı, tətbiqlərin adlandırılmasında hərf sayı məhdudiyyəti də işə düşəcək.

Kvotter üçün beynəlxalq rəqib – Quotle

Bildiyiniz kimi Kvotter artıq beta versiyasını sınaq üçün istifadə etmək istəyənlərə təklif edir. Kvotter-in əsas məqsədi kitab oxucularının işini texnologiyanın verdiyi imkanlarla rahatlaşdırmaqdır. Kitabda diqqətinizi cəlb edən hissələri, statları sürətli və effektiv yolla qeyd etmək və saxlamaq üçün OCR (optik hərf tanıma) sistemindən istifadə edən Kvotterlə siz sadəcə səhifənin həmin hissəsinin şəklini çəkirsiniz. Həmçinin özündə

Whatsapp-da GIF dəstəyi

Mesajlaşma proqramları arasında ən məşhuru olan WhatsApp Messenger yeni bir funksiya yenilənməsinə hazırlaşır. Son dövrdə ictimai media tətbiqlərinin yenilikçi addımların yaşandığı bir müddətə daxil olmuşuq. Belə ki, Instagram-da “Stories”, Facebook-da Rio 2016 ilə birlikdə yeni stikerlər və filtrlər, Linkedin-də video dəstəyi, Tumblr-da reklam yenilikləri kimi bir çox yeni tənzimləmələr gəlmişdi. Bütün bunların yanında isə Facebook,