Google Maps internetsiz də işləyir!

Google bu gün Android üçün etdiyi yeniləmə ilə bərabər Google Maps-ə internetsiz naviqasiya xüsusiyyətini əlavə edib. Google Maps-də internetsiz naviqasiya xüsusiyyəti olmaması səbəbilə xeyli şikayət alan Google, nəhayət dünən bu əlavəni təqdim edib. Yaxın günlərdə iOS üçün də təqdim olunması gözlənilən yenilik, istifadəçinin Google Maps-də internet qoşulu olan zaman bir bölgəni seçməsi ilə fəaliyyətə başlayır.

Google Photos 100 milyona çatdı

Google şirkətinin cəmi 5 ay əvvəl istifadəyə verdiyi Google Photos xidməti artıq 100 milyon istifadəçiyə çatıb. Həyata keçirdiyi xidmətlər ilə günü-gündən öz istifadəçi kütləsini genişləndirən Google Photos qısa zaman kəsiyində böyük yol qət edib. Qeyd edək ki, Google Photos istifadəçilərinə internetə saysız-hesabsız şəkil yükləmək imkanı yaradır. Google Photos həm Android, həm iOS, həm də vebdə