Amerikalı xaker yüzlərlə smartfonu 911 xidmətinə zəng etmək üçün proqramlaşdırıb

Amerikalı xaker yüzlərlə smartfonun 911 xidmətinə zəng etməsi üçün proqramlaşdırıb. O, iOS əməliyyat sistemli telefonlar üçün xüsusi kod düzəldib və bu kod vasitəsilə telefonları idarə etmək mümkün olur. Bundan sui-istifadə edən digər xakerlər isə xilasetmə xidmətinin işində çətinliklər yaradıb. Mit Desay adlı kodu icad etmiş xaker bu kod vasitəsilə həmçinin iPhone smartfonlarının istənilən tətbiqini aça və ondan istifadə

Xakerlər 8 noyabr tarixindən etibarən Windows 10 sisteminə hücum edə bilər

Google Windows 10 əməliyyat sistemində aşkara çıxardığı boşluq barədə məlumat paylaşandan sonra mühüm dəyişikliklər baş verdi. Windows 10, 8 noyabr tarixindən etibarən kiberhücumlara məruz qala bilər. Google şirkətinin tapdığı bu boşluq barədə xəbəri Microsoft şirkəti də təsdiqləmişdi. Bəzi rus xakerlər Windows 10 əməliyyat sisteminə Adobe Flash Player vasitəsilə hücum edərək ABŞ vətəndaşlarının bəzi məlumatlarını ələ keçiriblər. Bu

Artıq bank kartları hər saatda şifrə dəyişə biləcək

Son zamanlar bank kartları ilə bağlı internet fırıldaqçılıq vüsət alıb. Əksər banklar şübhəli əməliyyatların işarələnməsi yolu ilə fırıldaqçılarla mübarizə aparmağa çalışsalar da, bu sistem özünü doğrultmayıb. ict.az saytının verdiyi məlumata əsasən Fransanın “Sosiete General” və “Groupe BPCE” bankları internet fırıldaqçılığın qarşısının alınması üçün hər saat təhlükəsizlik şifrəsini dəyişən yeni bank kartını istifadəyə veriblər. “Oberthur Technologies”

Dünya iqtisadiyyatına 650 milyard dollarlıq zərbə

Kibercinayətkarlıq 2016-cı ilin sonunadək dünya iqtisadiyyatına təxminən 650 milyard dollar məbləğində ziyan vuracaq. Ekspertlərin fikrincə, bu rəqəm 2020-ci ilədək 1 trilyon dolları ötə bilər. Bu fikirləri oktyabrın 6-8-də keçirilən “360° informasiya təhlükəsizliyi” konfransında iştirak edən ekspertlərdən biri səsləndirib. Mütəxəssislərin fikrincə, dünya əhalisinin təxminən 25 faizi həm fərdi, həm korporativ məlumat sızmasından əziyyət çəkəcək. Bu, tənzimləyici

Dropbox istifadəçilərinin şifrələri oğurlanıb

Bu həftə Dropbox 2012-ci ildən etibarən şifrəsini dəyişməyən istifadəçilərin şifrələrini yeniləməyə məcbur edir. Bu əsnada Dropbox şifrələrin xakerlər tərəfindən oğurlandığını aşkarlayıb. Motherboard tərəfindən verilən açıqlama və hesabata əsasən Dropbox 2012-ci ildə xakerlərin hücumuna məruz qalıb və 68 milyon şifrə oğurlanıb. Məsələ orasındadır ki, sadəcə Dropbox şifrənizi dəyişməklə bu hücumdan yaxa qurtarmağınız zəmanət altında deyil. Əgər

Azərbaycan internetdə virusa yoluxma riskinə görə birincidir

“Kaspersky Lab” şirkətinin məlumatına əsasən, 2016-cı ilin ikinci rübündə Azərbaycandan olan hər üçüncü istifadəçi ən azından bir dəfə veb-təhlükələr ilə rastlaşıb və bu, dünya üzrə ən yüksək göstərici hesab olunur. Hər bir istifadəçinin payına 10,5 veb-təhlükə düşüb. Keçmiş illərdə Azərbaycan bu siyahı üzrə 4-cü pillədə qərarlaşsa da hazırda 1 ci yerdədir. Digər sıralarda isə müvafiq olaraq

Kibertəhlükəsizliyin ən zəif olduğu region

ABŞ-ın “Mandiant” şirkəti kiberfırıldaqçılıq üzrə tədqiqat apararaq Asiyada əksər təşkilatların kiberhücumlardan pis mühafizə olunduğunu açıqlayıb. Tədqiqata görə hücum və onun ifşa olunması arasındaki günlərin orta sayı 520 təşkil edir. Bu göstərici digər ölkələrlə nisbətdə 3 dəfə çoxdur. Bundan başqa Asiya ölkələrinin başqa ölkələrlə müqayisədə kibercinayətkarlıq üçün daha cəlbedici olması bəlli olub. Araşdırmalara görə hər dəfə

Xakerlərin bu dəfəki hədəfi Facebook yazışmaları oldu

Son dövrlər internet dünyasında artan kiber hücumların növbəti ünvanı Facebook olub. The Independent agentliyinin verdiyi məlumata görə, bir qrup xaker Facebook-da istifadəçilərin mesaj yazışmalarına daxil olaraq yazılanları dəyişdirir və yenidən göndərərək istifadəçiləri fərqli linklərə yönləndirir. Agentliyinin məlumatında qeyd olunur ki, xakerlər bu addımı Facebook Messenger-ın bir aşağı versiyasındakı boşluqlarından istifadə edib əməllərini həyata keçirirlər. Ən pisi