Amerikalı xaker yüzlərlə smartfonu 911 xidmətinə zəng etmək üçün proqramlaşdırıb

Amerikalı xaker yüzlərlə smartfonun 911 xidmətinə zəng etməsi üçün proqramlaşdırıb. O, iOS əməliyyat sistemli telefonlar üçün xüsusi kod düzəldib və bu kod vasitəsilə telefonları idarə etmək mümkün olur. Bundan sui-istifadə edən digər xakerlər isə xilasetmə xidmətinin işində çətinliklər yaradıb. Mit Desay adlı kodu icad etmiş xaker bu kod vasitəsilə həmçinin iPhone smartfonlarının istənilən tətbiqini aça və ondan istifadə

Xakerlər 8 noyabr tarixindən etibarən Windows 10 sisteminə hücum edə bilər

Google Windows 10 əməliyyat sistemində aşkara çıxardığı boşluq barədə məlumat paylaşandan sonra mühüm dəyişikliklər baş verdi. Windows 10, 8 noyabr tarixindən etibarən kiberhücumlara məruz qala bilər. Google şirkətinin tapdığı bu boşluq barədə xəbəri Microsoft şirkəti də təsdiqləmişdi. Bəzi rus xakerlər Windows 10 əməliyyat sisteminə Adobe Flash Player vasitəsilə hücum edərək ABŞ vətəndaşlarının bəzi məlumatlarını ələ keçiriblər. Bu

Artıq bank kartları hər saatda şifrə dəyişə biləcək

Son zamanlar bank kartları ilə bağlı internet fırıldaqçılıq vüsət alıb. Əksər banklar şübhəli əməliyyatların işarələnməsi yolu ilə fırıldaqçılarla mübarizə aparmağa çalışsalar da, bu sistem özünü doğrultmayıb. ict.az saytının verdiyi məlumata əsasən Fransanın “Sosiete General” və “Groupe BPCE” bankları internet fırıldaqçılığın qarşısının alınması üçün hər saat təhlükəsizlik şifrəsini dəyişən yeni bank kartını istifadəyə veriblər. “Oberthur Technologies”

Dünya iqtisadiyyatına 650 milyard dollarlıq zərbə

Kibercinayətkarlıq 2016-cı ilin sonunadək dünya iqtisadiyyatına təxminən 650 milyard dollar məbləğində ziyan vuracaq. Ekspertlərin fikrincə, bu rəqəm 2020-ci ilədək 1 trilyon dolları ötə bilər. Bu fikirləri oktyabrın 6-8-də keçirilən “360° informasiya təhlükəsizliyi” konfransında iştirak edən ekspertlərdən biri səsləndirib. Mütəxəssislərin fikrincə, dünya əhalisinin təxminən 25 faizi həm fərdi, həm korporativ məlumat sızmasından əziyyət çəkəcək. Bu, tənzimləyici

107 saniyəlik videoda ən son Apple yenilikləri

Gözünüzü qırpmadan bu videonu sona qədər izləyə bilərsiniz? Dünən baş tutan Apple tədbirinin qısa xülasəsi deyə biləcəyimiz bu video ilə siz, ən son yeniliklərin hamısından xəbərdar olacaqsınız. Uzun xəbərləri oxumaq və yorucu videoları izləmək məcburiyyətində deyilsiniz. Video “Don’t blink” adlanır. Fikirlərinizi bölüşməyi unutmayın.

Zürafələrin dörd növü var

Bilirdiniz ki, dünyanın ən ikonik heyvanı olan zürafələrin 4 fərqli növü var?! Fərqli dedikdə, biz həqiqətən də bir-birindən bu və ya digər formada fərqlənən cinslərdən danışırıq. Təəssüfləndirici xəbər odur ki, bu növlərin bəzilərinin cəmi bir neçə min ədəd zürafə üzvü var. Bu isə Afrikanın daimi sakinlərinin təhlükə altında olduğunu göstərir. Alimlər bu növləri – şəbəkəli

Beyni dincəldən sayt

Demək olar ki, istifadə etdiyimiz bütün saytlarda müəyyən informasiya mübadiləsi aparırıq – ya nəsə öyrənirik, ya da nəsə bölüşürük. Bu çox yorucu ola bilər. Belə olan halda, günün müəyyən vaxtlarında bir neçə dəqiqəlik belə olsa, istirahət etmək, beynə rahatlıq vermək istəyirsən. Rafael Roozendaal tərəfindən təqdim olunan Blank Windows (blankwindows.com) saytı çox sadə yolla sizə istirahət vermək imkanı yaradır.

Yupiterin şimal qütbündən ilk görüntülər

2011-ci ilin avqust ayında başlamış 1,1 milyard dollarlıq missiya ilə yola çıxan Yuno (Juno)  kosmik gəmisi təxminən 5 il sonra, bu il iyulun 4-də Yupiterə çatmışdı. Ötən müddətdə daha önəmli işlərlə məşğul olan komandadan qeyri-adi şəkillər gəlib Yerə çatıb. Alimlər gördükləri şəkillər qarşısında çox təəccübləndiklərini və gözlədiklərindən çox fərqli görüntülərlə qarşı-qarşıya qaldıqlarını qeyd ediblər. “Yupiterin