Pokemon tutmaq yaponiyalı oyunçunun həbsi ilə nəticələndi

Yaponiyanın Tokusima şəhər məhkəməsi sükan arxasında Pokemon tutarkən yoldan keçən 2 qadını vuran sürücüyə hökm oxuyub. O 1 il 2 ay azadlıqdan məhrum edilib. Hadisə bu ilin avqust ayında baş verib. Mikroavtobus sürücüsü hərəkət zamanı Pokemon Go oynayarkən yoldan keçən 2 qadını vurub. Bir müddət sonra qadınlardan biri aldıqları travmalardan dünyasını dəyişib və beləliklə bu

Beyni dincəldən sayt

Demək olar ki, istifadə etdiyimiz bütün saytlarda müəyyən informasiya mübadiləsi aparırıq – ya nəsə öyrənirik, ya da nəsə bölüşürük. Bu çox yorucu ola bilər. Belə olan halda, günün müəyyən vaxtlarında bir neçə dəqiqəlik belə olsa, istirahət etmək, beynə rahatlıq vermək istəyirsən. Rafael Roozendaal tərəfindən təqdim olunan Blank Windows (blankwindows.com) saytı çox sadə yolla sizə istirahət vermək imkanı yaradır.

PlayStation 4 Slim-in fotosundan sonra qiyməti də ortaya çıxdı!

Ötən günlərdə Sony-nin yeni oyun konsolu PlayStation 4 Slim-in fotosunun ortaya çıxdığını və fotosunu nəzərinizə çatdırmışdıq. PS4 Slim haqqında yeni məlumatlar gəlməyə davam edir. Bu dəfə oyunsevərləri maraqlandıran daha bir məqam – konsolun qiyməti ortaya çıxıb. İngilis satış portalı WeBuy-da PS4 Slim-in qiyməti bizim məzənnə ilə 825 manat olaraq qeydə alınıb.  

PES 2017 demo təqdim olundu!

Futbolsevərlərin böyük maraqla gözlədiyi PES 2017-nin demo versiyası bu gün təqdim olunub. Demo tam olaraq 24 avqustda, yəni sabah təqdim olunsada Xbox və ya Xbox One S sahibləri bir gün əvvəldə oyunun demo versiyasını sınaqdan keçirə bilərlər. Qeyd edək ki, PES 2017-ni pulsuz şəkildə demo versiyasını sabahdan PlayStation 4-də də oynamaq mümkün olacaq.

PES 2017 haqqında yeni məlumatlar

Oyunsevərlərin həmişə böyük maraqla gözlədiyi iki oyun şübhəsiz FIFA 17 və PES 2017 olur. FIFA 17 ilə bağlı bir çox məqama aydınlıq gəlsədə eyni sözləri PES 17 haqqında demək olmur. Yeni PES 2017-də Real Touch texnologiyasından istifadə olunub ki, bu texnologiyanın köməyilə təkbətək mübarizələrdə reallığı ən üst yuxarı səviyyəyə çatdırır. Məlumata görə, PES 2017 beta versiyası

PlayStation 4 Slim-in fotosu ortaya çıxdı!

Uzun müddətdir istehsal olunub-olunmayacağı böyük maraqla gözlənilən PlayStation 4 Slim ilə bağlı yeni xəbər var. Belə ki, Sony-nin Xbox One S-ə qarşı cavabı kimi qiymətləndirilən bu oyun konsolunun fotosunu ingiliz saytları artıq aşkara çıxarıb. PS4 Slim haqqında daha ətraflı məlumata 7 sentyabr tarixində keçiriləcək Sony tədbirində aydınlıq gələcək. Ancaq fotodan göründüyü qədər olduqca xoş görünüşə

FIFA 17 Gamescom tanıtım çarxı yayımlandı!

Dünən böyük maraqla gözlənilən FIFA 17-nin Gamescom tanıtım çarxı yayımlanıb. Videodan göründüyü qədərilə EA Games-in bu dəfəki FIFA 17-si müsbət mənada ötən ilkilərdən xeyli fərqlənəcək.

FIFA 17-nin üz qabığında olacaq oyunçu müəyyənləşdi!

Yadınızdadırsa bir müddət əvvəl FIFA 17-nin üz qabığında yer alacaq oyunçunun ilk dəfə internetdə aparılan sorğu nəticəsində müəyyənləşəcəyini xəbər vermişdik. Ötən ayın sonlarında başa çatan sorğunun nəticələrinə əsasən “Borussia Dortmund” almaniyalı ulduzu Marco Reus FIFA 17-nin üz qabığında yer alacaq. James Rodriguez, Martial və Eden Hazardla sorğudakı yarışdan qalib çıxan Reus, Twitter hesabından fanatlara təşəkkür