San-Marino 0:1 Azərbaycan

Bu gün DÇ-2018-in seçmə mərhələsində ilk oyunu üçün San-Marinoda səfərdə olan milli futbol komandamız 0 – 1 hesabı ilə San-Marino millisini məğlub edib. Millimizə qələbə qazandıran qolu Ruslan Qurbanov, oyunun 45-ci dəqiqəsində topu rəqib qapısından keçirib. Millimizi və xalqımızı təbrik edir, yeni qələbələr arzulayırıq! Komandaların düzülüşü:

San Marino – Azərbaycan oyunu hansı kanalda canlı yayımlanacaq?

2018-ci il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu səfərdə San Marinoya qarşı keçirəcək. Qarşılaşmanı canlı yayımlayacaq kanal müəyyənləşib. Millimizin seçmə mərhələdəki ilk görüşü “İctimai” kanalından azarkeşlərə canlı təqdim olunacaq. Qeyd edək ki, San Marino – Azərbaycan matçı sentyabrın 4-ü, saat 20:00-da keçiriləcək.

42-ci Şahmat Olimpiadası möhtəşəm açılış mərasimiylə Bakıda start götürdü!

Milli Gimnastika Arenasında Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi olub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Mərasim Azərbaycan Respublikasının və Ümumdünya Şahmat Federasiyasının himnlərinin səslənməsi ilə başlanıb. Ardınca

Bakı 176 ölkənin iştirak edəcəyi Şahmat Olimpiadasına ev sahibliyi edəcək

176 ölkənin 182-dən çox komandasının iştirak edəcəyi 42-ci Şahmat Olimpiadası, 1-14 sentyabr tarixlərində Bakıda keçiriləcək. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov öz məruzəsində bu haqda məlumat verib. “Bu, olimpiada tarixində iştirak edən ölkələrin sayına görə ən yüksək rəqəmdir”. Komandalar avqustun 25-dən etibarən Bakıya yola düşəcəklər. 3100-ə yaxın atlet, məşqçi və idman jurnalistləri olimpiadada iştirak etmək

Bakının “Yuventus”u Azərbaycan millisi ilə San Marinoya gedir

Avqustun 22-də “Sportster” meydançasında həvəskar futbolçuların “MFL San Marino Kuboku”nun final qarşılaşması keçirilib. Həyəcanlı final görüşündə çempionatın ən güclü 2 komandası – “Azfar” və “Yuventus Baku” üz-üzə gəlib. MFL kubokunun finalında topa ilk toxunuşu “Zirə”nin, eyni zamanda San Marinoya yollanacaq Azərbaycan millisinin oyunçuları Elvin Məmmədov və Anar Nəzirov ediblər. “Azfar” tam gücü ilə sonadək oynasa

Azərbaycan Rioda ən effektiv ölkədir

Rioda hər ölkənin komanda sayına gəldikdə, Azərbaycan komandası ən effektiv ölkədir. Ölkəmiz öz kiçik 56 nəfərlik komandası ilə hər atletə 0,32 medal qazanıb.  

Azərbaycan Rio 2016 Yay Olimpiya oyunlarında ilk qızıl medalını qazandı

Rio 2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində son olaraq Radik İsayev dayanq üzərinə çıxıb. +80 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. Təmsilçimiz 1/4 final və yarımfinalda ardıcıl qələbələr qazanaraq finala adlayıb. Bu, Azərbaycan

Azərbaycan Yay Olimpiya Oyunları münasibətilə poçt markalarını dövriyyəyə buraxıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC Braziliyanın Rio-de- Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına həsr edilmiş poçt markaları nəşr edib. Olimpiya Oyunları münasibətilə 4 marka hazırlanıb. Poçt markalarının üzərində ayrı-ayrılıqda boks, ağır atletika, yunan-Roma güləşi və sərbəst güləş idman növləri üzrə təsvirlər əks olunub. Markaların hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.