APA erməni dilində xəbər xidmətinə başlayıb

APA İnformasiya Agentliyi daha bir dildə xəbər xidmətinə başlayıb. Agentlik bundan sonra erməni dilində də on-line xəbər yayımı ilə məşğul olacaq. APA-nın erməni dilində xəbərləri iləwww.am.apa.az internet ünvanında tanış olmaq mümkündür. Agentliyin erməni dilində xidməti Azərbaycanda, Cənubi Qafqazda və dünyada baş verənləri, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri ermənidilli oxuculara

The Independent qəzeti kağızla vidalaşır!

İngiltərənin ən yüksək tirajlı qəzetlərindən olan The Independent qəzeti kağızla vidalaşır. 2003-cü ildə daha kompakt formada nəşr olunmağa başlayan və bu addımıyla ölkə mediasına köklü dəyişiklik edən qəzet, daha bir radikal addım atmağa hazırlaşır. 2003-cü ildəki məlum addımıyla satışını xeyli artıran qəzet dijital yayıma keçməyi planlaşdırır. Oxucuların artıq dijital mediaya üstünlük verməsi The Independent rəhbərliyini bu qərarı

15000-dən çox abunəçi “Nar” 4G şəbəkəsini seçdi

“Nar” mobil operatorunun 4G (LTE) şəbəkəsindən istifadə edən abunəçilərin ümumi sayı 15000-i keçdi. Qısa müddət ərzində 4G şəbəkəsini genişləndirən mobil operator, ilin sonunadək 600 ədəd 4G (LTE) baza stansiyasını yüksəksürətli internet istifadəçilərinin xidmətinə təqdim edəcəkdir. Bu cür sürətli inkişafın səbəblərindən biri “Nar” abunəçilərinin yeni texnologiyadan yararlanmaq üçün Sim-kartları dəyişmələrinə ehtiyacın olmamasıdır. Bunun üçün sadəcə smartfonda

Bakcell şirkəti uşaq və gəncləri dəstəkləməkdə davam edir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkədə təhsil və idman sahələri üzrə həyata keçirdiyi layihələr çərçivəsində uşaq və gənclərin inkişafına daim dəstək göstərməkdən qürur hissi duyur. Bakcell şirkətinin həyata keçirdiyi üç layihə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində əldə olunan nailiyyətlərə görə (CSR Excellence Award)

Şəbəkə və telekomunikasiya sistemləri sahəsində təcrübənin təzahürü: Mikrolink

Şəbəkə və telekomunikasiya sistemləri sahəsində geniş təcrübəyə malik Mikrolink şirkətinin əsası 2000-ci ildə qoyulub və GSM sektorunda, şəbəkə və telekomunikasiya sistemlərinin geniş tətbiqi sahələrində 2013-cü ildən ölkəmizin paytaxtı Bakıda və MDB ölkələrində fəaliyyət göstərir. Kathrein, Draka, Roxtec, Coiler, Narada, Fiamm və bu kimi məşhur brendlərin bu ölkələrdəki rəsmi distribütorudur. Şirkət layihə başlanğıcı mərhələsindən tam əməliyyata

Milli İnternet Mükafatının qalibləri dekabrda açıqlanacaq

“MilliNet-2015” Milli İnternet Mükafatının qaliblərinin açıqlanacağı dekabrın ikinci yarısında elan ediləcək. ICTnews-un məlumatına görə, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib, bu isə ötən illə müqayisədə 14 %-dək çoxdur. “MilliNet” Təşkilat Komitəsi bildirib ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir. Hazırda,  1-ci mərhələ üzrə səsvermə davam edir. Bu mərhələdə

Formula 1 Avropa Qran Prisi çərçivəsində jurnalistlərlə görüş keçirilib

Noyabr ayının 4-də Bakı Şəhər Halqası Abşeron mehmanxanasında media nümayəndələri üçün ilk seminarını keçirib. Seminar tədbirini giriş sözləri ilə açan şirkətin Marketinq və Kommunikasiya departamentinin direktoru Nigar Arpadarai tədbirə qatılan jurnalistlərə 2016-cı ildə Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisi barədə ətraflı məlumat verib. Media işçiləri üçün maarifləndirmə xarakteri daşıyan seminar tədbiri zamanı iştirakçılara yarışa

Bakı Şəhər Halqasının loqosu təqdim olunub

2016-cı ildə ilk dəfə Formula 1 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakı Şəhər Halqasının (Baku City Circuit) loqosu ictimaiyyətə təqdim olunub. Dünya miqyaslı Brandia brend agentliyi tərəfindən hazırlanan loqotipin ana fikri başlıca olaraq dörd elementdən ilhamlanıb. Birincisi, yarış üçün mükəmməl düşünülmüş Bakı Şəhər Halqasının təcəssümü. Bakı Şəhər Halqası, İçəri Şəhərin qala divarları ətrafında tam