Joy Game-in yarısı satıldı

Türk Oyun Şirkətlərindən biri olan Joy Game-in yarısı Cənubi Koreya şirkəti olan CJ Games-ə satıldı.

Burak Balık-ın təşəbbüsü ilə 2009-cu ildə qurulan bu şirkət qısa müddət ərzində böyük uğur əldə etdi və uğurlu fəaliyyəti nəticəsində şirkətin Joy Game adlı oyununun artıq yarısı Cənubi Koreyanın CJ Games şirkətinə satıldı.

Onu da qeyd edək ki, bu oyun internet vasitəsilə oynalılan ən çox oyunlardan biridir, təkcə 28 ölkədə bu oyunu oynayan 12 milyondan çox qeydiyyatdan keçmiş oyunçu var və CJ Games şirkəti bu oyunu əldə etmək üçün 15 milyon dollar xərcləyəcək.