Java 8-in buraxılışı müvəqqəti təxirə salındı

Oracle şirkəti Java 8-in buraxılışı 2014-cü ilədək təxirə salıb.
Java Platform Group-un baş tərtibatçısı olan Mark Reynholdun verdiyi məlumata əsasən, Əvvəlcədən Java SE 8-in bazasında işləyən Java Development Kit 8-in cari lin sentyabrında buraxılması nəzərədə tutulurdu, lakin Java 6 və 7-nin təhlükəsizliyi ilə bağlı bir-birinin ardınca yaranan çətinliklər Java tərtibatçılarını dilin ümumi konsepsiyası ilı əlaqədar bəzi məsələləri yenidən nəzərdən keçirməyi və səkkizinci seriyanın təhlükəsizlinin lazımi səviyyədə təmin olunanadək Java 8-in buraxılışını təxirə salmağa vadar edib.
Cybersecurity saytının verdiyi məlumata əsasən, təhlükəsizlik məsələləri Java 8-in işıq üzü görməməsinin əsas səbəbi olub.
M.Reynhold bildirir ki, Oracle şirkətinin qarşısında seçim var idi: bunlardan biri Java 8-in buraxılış miqyasını xeyli azaldaraq ondan daha çox gözlənilən, lakin potensial şəkildə təhlükəsiz olmayan imkanları çıxarmaq, digər seçim isə əksər aspektləri yenidən quraraq Java-nın təhlükəsizliyinə daha çox diqqət ayırmaq. Şirkətdə ikinci seçimi daha üstün verərək buraxılış tarixini təxirə salıb.