iWatch-a günlər qaldı

Telefon  dövrü bitir, yerinə baxın nə gəlir!  Bloomberg-dən Peter Burrows və Olga Kharif, Apple-in 100 nəfərlik bir qrupunun yeni sürprizin mart ayında satışa təqdim edəcəyini bildirir.

  • Ø iWatch-dan  klassik bir qol saatından əlavə, telefon kimi istifadə etmək, yəni SİM kart taxaraq telefon danışığı etmək və  ən əsası SMS göndərmək mümkündür.
  • Ø 3G/4G, WiFi, Radio, Bluetooth kimi şəbəkə texnologiyalarını də dəstəkləyən iWatch-la əlaqədar ən maraqlı mövzu isə batareyasıdır. Deyilənə görə, iWatch günəş enerjisiylə batareyasını şarj etmək imkanına malikdir. İstifadəçilərin tez-tez qol saatını çıxarıb şarj etməyi çətinlik kimi qəbul edəcəyini düşünən Apple bu metodlar çox ağıllı investisiya edib.
  • Ø Ağıllı saatınız bədəninizi yaxından yoxlaya bilir. Məsələn, gəzmə sürətinizi, qət etdiyiniz məsafəni, yandırdığınız kalorini və təzyiqinizi sizə anbaan bildirir.
  • Ø iWatch-da olan NFC (Yaxın Sahə Ünsiyyət) texnologiyası kredit kartı olmadan ödəniş etmənizə də imkan verir. iWatch ilə film izləyib,  musiqi dinləmək də mümkündür.