İş Yerində İnternet Azadlığı – Ultrasurf

Ultrasurf Ultrareach İnternet Korporasiyası tərəfindən yaradılmış senzura keçmə proqramıdır. Ultrasurf istifadəçilərə HTTP proxy ilə senzura ve firewall-dan keçmə imkanı verir. Proqram çinli dissidentlər (müxalifətçilər) tərəfindən Böyük Çin Səddini (Great Firewall of China) keçmək üçün yaradılmışdır. Hal-hazırda bütün dünyadan 11 milyondan çox istifadəçisi var. İnternetde ən mühim “internet azadlığı” alətlərindən biri olaraq tanınır.

Ultrasurf 2007-ci ildə Harvard universiteti tərəfindən “öz rəqibləri arasında ən yaxşı işləyən proqram” olaraq elan edilmişdi ve geniş istifadəsi məsləhət görülmüşdü.

Bildiyimiz kimi bir çox özəl və dövlət idarələrində Facebook, Twitter, Odnoklassniki, Vkontakte və bir sıra digər sosial şəbəkə saytlarının istifadəsinə icazə verilmir. Halbuki, artıq dünyada bu şirkətlər artıq bu mərhələdən keçib. İlk başlarda bir çox inkişaf etmiş ölkələrdə də bu senzura mövcud olmasına baxmayaraq, artıq bu minimum həddə enib. Bu senzuradan xilas olmaq üçün Ultrasurf sizin koməyinizə çata bilər. Belə ki, mən artıq 3 ildən artıqdır ki, bu proqramdan istifadə edirəm ve məmnun olmaqla yanaşı deyərdim ki, işimi çox asanlaşdırıb.  Proqramdan istifadə pulsuzdur və ultrasurf.us saytından ətraflı məlumat ala, yaxud yükləyib istifadə edə bilərsiniz. Eyni zamanda aşağıda sizə bir başa yükləmə keçidini təqdim edirik.

[button size=medium style=less_round color=red align=center url=http://goo.gl/aG5sF]ULTRASURF YÜKLƏ[/button]