iPhone Qoruyucusu və Batareya Bir Arada

Mophie Juice Pack Air adlanan yeni məhsul iPhone 4 və 4S telefon həvəskarlarının ən sevimli yeniliyinə çevriləcək bir aksesuar olma iddiasındadır. Sözü gedən aksesuar 2 özəlliyi özündə birləşdirir. Bu ilk növbədə telefonun daha uzun müddət işləməsini təmin edəcək əlavə enerji mənbəyi və sevimli telefonunuzu cızıqlardan, zərbələrdən xilas edəcək modern stilli qoruyucudur. Aksesuar iPhone 4 və ya 4S telefonlarının işləmə vaxtını təxminən 2 dəfə artırmaq imkanı yaradır. Apple şirkətinin son model telefonlarına 3G şəbəkəsində 6 saat, 2G şəbəkəsində isə 12 saat əlavə danışıq vaxtı qazandıran aksesuar mahnı həvəskarlarına 36 saat sevimli musiqilərini dinləmək, video həvəskarlarına isə 9 saat sevimli filmləri izləmə imkanı yaradır.

Aksesuar haqqında ətraflı məlumatı Mophie şirkətinin rəsmi saytında əldə edə bilərsiniz.