iPhone-nin cavabı gecikmədi.

Samsung iPhone ilə apardığı mübarizədə ən axırıncı məhsulu olan Galaxy S4-ü bir neçə gün əvvəl texnologiya dünyasına tanıtdı. Apple, New York-da təşkil olunan Samsung-un tanıtım günündən sonra səssizliyini pozaraq “iPhone gücündən heçnə itirmədi” mesajını verdi.

Cənubi Koreya elektronika istehsalçısı olan Samsung, 14 Mart-da ABŞ-ın New York şəhərində təşkil etdiyi gecədə Galaxy S4-ü alıcıların təqdimatına çıxararaq Apple-a meydan oxudu.  Android sistemi ilə işləyən telefonların ardından  dünya bazarında ən güclü ad olan Apple, səssizliyini web saytında yeni bir səhifə açaraq pozdu.

Apple-ın yeni səhifəsində, “iphone var və hər şey ondan sonra gəlir” başlığı yer alır. Başlığın altlndakı açıqlamada isə “iPhone-ni digər telefonlardan fərqli edən nədir? Bəlkədə bu iPhonun sizə bir neçə işi görə bilməyinizi təmin etməsidir. Ya da bu qədər işi asanlıqla görə bilməyinizi təmin etməsidir. Bunlar iPhone istifadəçilərinin öz telefonlarını niyə görə çox sevdiyini göstərdikləri iki səbəbdir.Amma bir çox başqa səbəblərdə vardır.

Səhifədə İphone-na xas bütün xüsusiyyətlər siyahı halında izahı verilib.  iPhone-nin dizaynından batareyasının ömrünə, alüminium örtüyündən internetə bağlanma xüsusiyyətlərinə qədər  iPhonu fərqli edən bütün xüsusiyyətlər istifadəçilərə göstərilib. Bundan başqa iPhone-nin  telefon bazarında bir birinin ardından bazara çıxan digər telefonlar arasındakı fərqlərə də toxunulur.