iPhone Mini nə vaxt buraxılacaq?!

Strategy Analytics agentliyinin icraçı direktoru Nil Mauston hesabat açıqlayıb. Hesabata görə Samsung “bu il Apple üzərində liderliyini çox gücləndirəcək, çünki onun rəqabət edə biləcək daha çox məhsulu var” .

Amma təhlilçi əmindir ki, Apple iPhone Mini çıxardaraq çox güclü əks zərbə vura bilər.

“Apple üç il ərzində iPhone Mini çıxarmaq məsələlərini həll etməlidir. Və yüz milyonlarla insan adi iPhone alma imkanında olmadıqları üçün iPhone Mini alacaqlar”, – Nil qeyd edir.

Yəqin ki, iPhone Mini bu il buraxılmayacaq, əks halda o, iPhone5 satışlarını ciddi bir şəkildə azalda bilər. Amma, Maustonun fikrincə daha yığcam smartfon Apple üçün ciddi gəlir mənbəyi olacaq, ona görə şirkət onun buraxılmasını o qədər də ləngitməyəcək və ola bilsin 2014-cü ildə artıq biz bunun şahidi olaq.

Maustonun fikrincə iPhone Mini buraxılışı o zaman baş verəcək ki, “Apple şirkəti bazarın artıq adi smartfonlardan doyduğunu görəcək və məcbur olub yeni satış yolları axtarmalı olacaq.”