“iPhone” istifadəçilərinə pulsuz WhatsApp

Dünya üzrə təqribən 250 milyon istifadəçisi olan “WhatsApp” nəhayət ki, “İOS” istifadəçiləri üçün də ödənişsiz olub.

“Android” istifadəçilərindən birinci il heç bir ödəniş tələb etməyən həmin proqramdan istifadəyə “İOS” istifadəçiləri 0.99 dollar ödəyirdi.

Artıq “iPhone” sahibləri də “WhatsApp”-dan birinci il ödənişsiz istifadə edəcəklər. Sonrakı illərdə isə hər il 1 dollar ödənilməlidir.

Qeyd edək ki, “WhatsApp” proqramı “Apple Store” da bu günə qədər ən çox gəlir gətirən proqramlardan hesab olunur. Proqram vasitəsilə gün ərzində 27 milyard mesaj göndərilir.

 

Mənbə:xezerxeber.com