iPhone Galaxy-yə məğlub oldu

Samsung Galaxy telefonları iPhone-un evini yıxdı!

Asanlıq anlayışı hər nə qədər insandan insana dəyişsə də, bir çox insan üçün iPhone-ların istifadəsi digər telefonlara görə daha asan gəlirdi. Ancaq yaxın zamanlarda aparılan araşdırmalar əslində vəziyyətin tam olaraq belə olmadığını göstərir. “Sadə olan ağıllıdır” şüarını istifadə edən Siegel + Gale firması, Apple iPhone-ları ilə Samsung Galaxy telefonlarını müqayisə etdi. Araşdırma nəticəsində Siege + Gale firması Samsung Galaxy telefonlarının çox daha asan istifadəyə sahib olduğunu iddia edir.

Araşdırma iştirakçıları “asan istifadəyə sahib inkişaf etmiş funksiyalar, yəni yüksək sürətli fayl ötürülməsi, anında fotoşəkil teq etməsi və paylaşma kimi xüsusiyyətləri” ilə Galaxy ardıcıllığı telefonların daha çox istifadəçi rahatlığı yaratdığını söyləyir.

Ancaq unutmamaq lazımdır ki Siegel + Gale firmasının “çox” dediyi araşdırma iştirakçısı sayı yalnız 400 nəfərdən ibarətdir.

Verdikləri mətbuat açıqlamasının nəticəsində Siege + Gale firması: “Firma səviyyəsində Apple, Samsunga görə olduqca sadə görünür. Ancaq məhsul səviyyəsində Galaxy, uzunmüddətli sadəlik çempionu Apple-in yerinə birinci sıraya yerləşdi.” dedi. Siegel + Gale firması mətbuat açıqlamasında “Samsung Galaxy, iPhone üçün əhəmiyyətli bir təhlükədir” deyə vurğuladı. Çünki “Galaxy iPhone-nin bacara bildiklərinin daha yaxşısını, daha sadə bir şəkildə edir” deyərək fikirlərini yekunlaşdırdı.