iPhone 6S-in kamerası tələblərə cavab vermədi

Apple-ın ötən ay təqdim etdiyi yeni iPhone 6S və 6S+ modellərinə olan tənqidlər artıb. Bir müddət iPhone-ların özlüyündə səbəbsiz yerə bağlanması telefon istifadəçiləri arasında narazılıqla qarşılanmışdı. İndi isə məsələ iPhone-ların kameralarıyla bağlıdır. Qeyd edək ki, yeni iPhone 6 və iPhone 6S+ modellərinin kamerası 12 meqapiksel keyfiyyət gücünə malikdir. Bu kameranın tələblərə cavab verib-vermədiyini test edən kamera sahəsində püxtələşmiş şirkətlərdan olan DxOMarc-ın cavabları mənfi olub.

4K video çəkilişi, sürətli olaraq avtomatik fokuslama qabiliyyəti, zəif işıqda tonlama tarazlığı kimi xüsusiyyətlər nəzərdə tutularaq iPhone kamerası testdən keçirilib. Sonda kamera keyfiyyətinin elə sələfi iPhone 6 ilə eyni səviyyədə olduğu müəyyənləşdirilib.

DxOMarc-ın bütün telefon kameralarına verdiyi qiymətlərlə şəkildə tanış olan bilərsiniz:

iphone-6s-kamera

Leave a Reply

Your email address will not be published. Required fields are marked *