iPhone 6S-in kamera xüsusiyyətləri

Apple iPhone 6S modellərində istifadə etdiyi bütün kamera xüsusiyyətlərinin əks olunduğu yeni reklam videosunu yayımlayıb. Şirkətin kamera xüsusiyyətlərinin yer aldığı reklam 1 dəqiqə müddətində davam edir.

iPhone 6S kamera xüsusiyyətləri əsas götürülən videoda; 3D Touch vasitəsilə kamera növlərinə sürətli çıxış və sürətli şəkil paylaşımı, Live Photos, Retina Flash xüsusiyyətli ön kamera, video izləyən zaman zoom edə bilmə, Slo-mo video və 4K görüntüsündə video saxlama xüsusiyyətləri diqqəti cəlb edir.