iPhone 5S tezliklə!

Apple markasının ağıllı telefonlar silsiləsində maraqla gözlənilən iPhone 5S-in nə zaman mobil bazara buraxılacağı maraqla gözlənilir. Texnologiya aləmində yayılan ən son məlumata görə bir neçə ay ərzində iPhone 5S-in istifadəçilərin ixtiyarına veriləcəyi gözlənilir. Bu gözləntiləri nəzərə alan ABŞ yeni açıqlama ilə çıxış edir. ABŞ-ın kapital bankı olan Piper Jaffray-ın analitiki Gene Munster yeni nəsil iPhone üçün önəmli  bir fikir bildirib. Onun fikrincə, iPhone 5S-in satışına İyun ayında başlanacaq, sentyabrda isə endirimli qiymətlə təqdim olunacaq. CNET-in xəbərinə görə Apple iyun ayı qurtarmadan 4 milyon iPhone 5S sata bilər. Müqayisə üçün deyək ki, iPhone 5 satışa buraxıldığı ilk həftədə 5 milyon satılmışdı.

Apple keçən il aldığı güvənlik firması olan AuthenTec sayəsində iPhone 5S-də barmaq izi texnologiyası kimi yeniliklər ola bilər. Amma çox ehtimal ki, bu texnologiya iPhone 6-da təqdim olunacaq.