iPhone 5 üçün ikili ekran konsepti

PopSlate adlanan yeni iPhone 5 aksesuarı mobil telefonunuzun arxasında ikinci ekran yaratmaq imkanı verir. Mobil telefonun arxa hissəsində yaradılan ikinci ekran 4 inç böyüklüyündə olma şərti ilə hal hazırda yalnız ağ və qara rəngləri görüntüləmə iqtidarındadır.

Ekran son mobil texnologiyaların texniki xüsusiyyətlərindən bəhrələndiyi üçün telefonun batareyasından çox cüzi miqdarda enerji sərf etməkdədir. Satışı 2013-cü ildə planlaşdırılan yeni aksesuar ilkin mərhələdə ağ və qara rənglərdə buraxılacaq.

PopSlate haqqında ətraflı məlumatı şirkətin rəsmi keçidindən (link) əldə edə bilərsiniz.