iPhone 5 üçün Alternativ 5 Telefon

Yeni model iPhone satışa çıxarıldığı gündən etibarən bir sıra fikirlər və rəylər söyləndi. iPhone 5-i bəyənənlər də oldu, bəyənməyənlər də… Hər halda iPhone 5 almadan öncə bu telefona alternativ olaraq hansı marka və modelləri seçmək imkanımız olduğunu bilmək yaxşı olardı. Qısa bir araşdırma nəticəsində hazırladığımız siyahıda iPhone 5-ə alternativ olaraq 5 telefon modelini təqdim edirik.

Samsung Galaxy S III

Galaxy S III bu il Amerikada ən çox satan telefonlardan biri oldu. Apple şirkətinin bir öncəki telefon modeli olan iPhone 4S üçün ən güclü rəqib olmaqla yanaşı, Samsung Galaxy S III öz gücünü iPhone 5-ə qarşı da qorumağa davam edir. iPhone 5-ə olan maraq səbəbi ilə Galaxy S III bir az geri planda qala bilər. Buna baxmayaraq Galaxy S III hər hansı yeni  telefona rəqib ola bilmə üstünlüklərinə malikdir.

Xüsusiyətləri: 4G LTE (mümkün olan coğrafiyada), Android əməliyat sistemi, 8MP arxa kamera, 1.9MP ön kamera, NFC, 2100mAh batareya, 1.5GHz dual-core prosessor. Samsung şirkəti Siri rəqibi olan S Voice tətbiqetməsi ilə yanaşı S Note, AllShare, xüsusi kamera tətbiqetmələrini də təqdim etməklə iPhone 5-ə güclü rəqib siması qazanır.

  • Satışda: Hal-hazırda
  • Əməliyat sistemi: Android 4.0 Ice Cream Sandwich
  • Ölçüsü: 4,7 inç

Samsung Galaxy Note 2

Note serialarının yeni modeli sayılan Samsung Galaxy Note II artıq satışa çıxarılıb və kifayət qədər rəğbət qazanıb. Öncəki model kimi yeni Note üçün də böyük displey və nəhənglik keçərlidir. Bu telefon modeli elə böyükdür ki, telefon yerinə tablet demək də olar. Hətta bir sıra texnologiya həvəskarları və mütəxəssislər Samsung Galaxy Note II üçün “phablet” terminindən istifadə edirlər. Artıq bir çox ölkələrdə satışda olan Samsung Galaxy Note II alarkən xüsusi avadanlığı olan S Pen əldə edirsiniz. Öncəki Note dünyada təxminən 10 milyon insan tərəfindən istehlak edilmişdi. Yeni statistikaların da bu ətrafda olacağı güman edilir.

Xüsusiyətləri: 4G LTE, 8MP arxa kamera, 1.9MP ön kamera, 3100mAh batareya, quad-core prosessor. Note II Samsung Galaxy S III üçün hazırlanmış bütün tətbiqetmələrlə yanaşı bir sıra xüsusi imkanlara da sahibdir. Xüsusilə də S Pen üçün hazırlanmış bəzi yeni xüsusiyətlər istifadəçi rahatlığını təmin edir.

  • Satışda: Hal-hazırda
  • Əməliyat sistemi: Android 4.1 Jelly Bean
  • Ölçüsü: 5,55 inç

Nokia Lumia 920

Lumia 920 ən çox gözlənilən yeniliklərdən olan Windows 8-ə sahib olacağına görə həm Nokia şirkəti üçün, həm də Microsoft şirkəti üçün bayraqdar telefon sayılır. Lumia 900 modelinin yeni versiyası sayılan bu yeni telefon Nokia şirkətinin öncəki model üzərindəki bəzi proqramçılıq və mühəndislik yenilikləri nəticəsində ərsəyə gəlib. Bu yeniliklərə kamera, xəritələr və naviqasiya, displey xüsusiyətləri daxildir.

Xüsusiyətləri: 8.7MP Carl Zeiss optikasına sahib  arxa kamera, 1.3MP ön kamera, 1.5GHz prosessor, 2000mAh batareya, 4G LTE, NFC. Nokia şirkəti əsasən müştərilərinin bu modeli naviqasiya üstünlükləri və iPhone 5 üçün rəqib sayılan keyfiyətli kamera kimi yeniliklərinə görə seçməsini istəyir. Eyni zamanda kamera və naviqasiya özəlliklərini birləşdirən bir sıra yeni tətbiqetmələr müştərilərin qərar verməsində əsas rol oynaya bilər. Nokia şirkəti şanslı olarsa Windows Phone tələbatının gözlənilən yüksəkliyi böyük gəlirlər gətirəcək.

  • Satışda: R4, 2012 (4-cü Rüb, 2012)
  • Əməliyat sistemi: Windows Phone 8
  • Ölçüsü: 4,5 inç

HTC One X

İlin əvvəlində satışa çıxarılmış ən vurucu telefonlardan biri sayılır. Dizayn göstəriciləri, “software” göstəriciləri və Sense 4 örtüyü sayəsində böyük kütlə tərəfindən rəğbət qazanıb və istifadə olunub. May ayında satışa çıxdığı gündən etibarən rəqiblərə qarşı öz ağırlığını qoyan One X telefonu xüsusilə də 1800 mAh batareyası sayəsində tələb görməyə davam edir.

Xüsusiyətləri: Sense 4, 8MP arxa kamera, 1.3MP ön kamera, Beats Audio, NFC, 4G LTE, 1.5GHz prosessor. Bir neçə saat One X və Galaxy S III telefonlarını istifadə edib müqayisə etsəniz görəcəksiniz ki, bu iki telefon bir-birinə çox yaxın imkanlara malikdir. Ən vacib fərq isə Galaxy S III modelinin qismən daha güclü batareyaya sahib olmasıdır. One X interfeys isə daha cəlbedicidir və daha asan istifadə olunur. İstifadəçi interfeysi çox qarışıq TouchWiz-lə müqayisədə çox asan anlaşılır və bu da öz növbəsində istifadəni asanlaşdırır.

  • Satışda: Hal-hazırda
  • Əməliyat sistemi: Android 4.0 Ice Cream Sandwich
  • Ölçüsü: 4,7 inç

Droid Razr M

Razr HD və Razr Maxx HD ilə birlikdə 5 sentyabr tarixində elan olunan Razr M “orta səviyyəli” Android telefonu hesab edilir. Kənarlara yaxın böyük ekrana sahib olmaqla yanaşı, telefonun ucuz qiyməti və hər yerdə asan əldə oluna bilməsi bu telefona qarşı olan marağı artırır. Təxminən iPhone 5 göstəricilərinə yaxın olan 1.5GHz dual-core prosessor və a 2000mAh batareyaya sahib olması telefon haqqında deyilən “orta səviyyəli” telefon dəyərləndirməsinə kölgə salır.

Xüsusiyyətləri: Yığcam olmaqla yanaşı 4,3 inç displeyə sahibdir. Demək olar ki, heç məxsusiləşdirilməmiş Android əməliyyat sistemi (Sense 4 yaxud TouchWiz kimi örtüklərə sahib deyil), 8MP arxa kamera, Android üçün Chrome brauzeri, NFC, 4G LTE. “Smart actions” Motorola məhsullarının yeni gizli xüsusiyyətlərindən hesab olunur. İstifadəçinin davranışını və harda olduğunu öyrənərək ona görə dəyişiklik etmə qabiliyətinə malikdir. Hər nə qədər digər telefonlarla müqayisədə zəif görünsə də, ucuz qiymət, ölçüsü, displeyi və bir sıra digər göstəriciləri bir çox müştəri üçün maraqlı ola bilər.

  • Satışda: Hal-hazırda
  • Əməliyat sistemi: Android 4.0 Ice Cream Sandwich
  • Ölçüsü: 4,3 inç

Bəz siz iPhone 5-ə alternativ olaraq hansı telefonu seçərdiniz?