iPhone 5 Satışları Sentyabrın 21-i Başlayır

Təxminlərə görə yeni iPhone satışları sentyabrın 21-dən başlayacaq. Verizon şirkətinin kadr siyasətinə nəzər yetirsək bu nəticəyə gələ bilərik.

Amerikanın ən nəhəng mobil operatorlarından olan Verizon, TechCrunch servisinə 21 sentyabrdan 30 sentyabra qədər heç bir işçisini məzuniyyətə buraxmayacağını bildirib. İşçi qüvvələrinin bu cür səfərbərliyi iPhone 5 satışlarının başlaması ilə əlaqəli ola bilər. Məhz bu səbəbdən çoxları hesab edir ki, 21 sentyabr yeni iPhone modelinin bazara çıxarıldığı gün olacaq.

Xatırladaq ki, cümə günü Apple cihazlarının satışı üçün ənənəvi bir gün hesab edilir. Cihazların təqdimatı ilə satışların başlaması arasında həmişə bir həftə vaxt olur. Bu ənənə artıq Apple şirkətinin xarakterik marketinq və satış taktikasına çevrilib.