iPhone 5 Jailbreak

Apple developerləri o qədər inkişaf ediblər və gücləniblər ki, artıq iPhone 5 elan olduğu gün jailbreak olunduğu xəbəri yayıldı. Apple ictimaiyyəti tərəfindən etibar olunan “chpwn” tərəfindən jailbreak olunmuş və Cydia nişanına malik displey şəkli yayımlanıb. Eyni zamanda “chpwn” (Grant Paul) iPhone 5-də quraşdırılmış Cydia-nın müxtəlif interfeys şəkillərini də yayımlayıb. Yeni iPhone 5 modelinin jailbreak oldunduğu Apple istifadəçiləri tərəfindən birmənalı şəkildə qəbul edilir.

Developerlər tərəfindən jailbreak olunmağına baxmayaraq metod hələ də ictimaiyyətə açıqlanmayıb. Hal-hazırda sadəcə mütəxəssislər tərəfindən istifadə olunan və hər hansı potensial bug-ların düzəldilməsi ilə məşğul olunan jailbreak çox qısa zamanda hər kəs üçün əl çatan olacaq.